Bizi izləməyi unutmayın

#Siyasət / #Dünya

Rusiya silahı Şimali Koreya rejiminə və ordunu müasirləşdirməyə kömək etdi

8-09-2017, 19:00 | 3492 dəfə baxılıb.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı Ukrayna deyil, Rusiya ilə bağlıdır.Publika.az xəbər verir ki, bu haqda “The Atlantic Council” üçün məqaləsində ekspert, Strateji kommunikasiyaları üzrə hökumət və qeyri-hökumət institutlarının məsləhətçisi Lad Kosliski yazıb.Onun sözlərinə görə, KXDR-ə raket texnologiyalarının qanunsuz çatdırılması barədə Kiyevin ünvanına irəli sürülən ittihamlar əslində Rusiyanın Kiyev və Qərbə qarşı apardığı hibrid müharibənin daha bir nümunəsidir.Xatırladaq ki, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşrinin avqustun əvvəlində yazdığına görə, Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib.

Analitiklər Şimali Koreya lideri Kim Çen Inın raket mühərriklərinə baxış keçirdiyini göstərən fotonu analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, bu mühərriklər nə vaxtsa SSRİ-nin raket donanmasında istifadə olunan raketlərlə oxşardır.
Belə mühərriklərin istehsalı keçmiş SSRİ ərazisində yalnız bir neçə zavodda həyata keçirilirdi. ABŞ ekspertləri və hökumət müstəntiqləri diqqəti Ukraynanın “Yujmaş” zavodu üzərinə cəmləyiblər.

Maydan Pxenyana niyə faydalı oldu? - Koreya böhranında sirr pərdəsi AÇILIR

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov informasiyanı təkzib edib. O bildirdi ki, Ukrayna hərbi sənaye kompleksi Şimali Koreyaya hər hansı silah və hərbi texnologiyalar çatdırmayıb.

Lad Kosliski qeyd edir ki, mövzunu kompleks anlamaq üçün Rusiya prezidenti Vladimir Putinin 2007-ci il Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatları xatırlamaq lazımdır. Postsovet məkanında Kremlin nəzarətinin itirilməsi və ABŞ-ın artan təsirindən məyus olan Putin Münhendə elan etdi ki, Vaşinqton tərəfindən idarə olunan birqütblü dünyanı dağıtmaq lazımdır.

“Güc hökmranlığı mütləq bir sıra ölkələri kütləvi qırğın sılanlarının əldə edilməsinə itələyəcək. Qlobal təhlükəsizlik arxitekturasını təkrar gözdən keçirməyin vaxtı gəlib”, - materialın müəllifi Putindən sitat gətirib.

Kosliski bu fakta diqqət yetirir ki, Çin və Rusiyanın dəstəyindən təcrid edilmiş və asılı Şimali Koreya müəyyən siyasi, iqtisadi və hərbi dəstək alan “Moskvanın dostları”nın xüsusi qrupuna qoşuldu. O xatırladıb ki, hələ SSRİ lideri İosif Stalinin amansız diktaturası dövründə Kreml və Pxenyan arasında hərbi-texniki əməkdaşlıq çiçəklənirdi.

“Putin birinci Rusiya prezidenti oldu ki, Şimali Koreyaya baş çəkdi, hərbi-texniki əməkdaşlığı yenilədi və bu ölkənin hərbi sənaye kompleksinin inkişafına kömək göstərdi. Rusiya silahı Şimali Koreya rejiminə ordunu, həmçinin raket sistemlərini müasirləşdirməyə kömək etdi.

Bundan başqa, Moskva Pxenyanın SSRİ-yə olan borcunun 90 faizini (təxminən 11 milyard dollar) bağışladı.Məhz “dost jestləri”nə cavab olaraq Pxenyan Rusiyanın geosiyasi ambisiyalarını rəsmən dəstəkləyir”, - məqalədə deyilir.
Müəllif qeyd edir ki, “New York Times” nəşrinin məqaləsi Rusiya Qərbə qarşı “hibrid” hücumunun növbəti nümunəsidir:

“Məqalə Rusiya xüsusi xidmət orqanlarının xüsusi kəşfiyyat əməliyyatının elementlərini özündə saxlayır. Birincisi, belə ənənəvi əməliyyatlar üçün Qərbi Avropa və ya Amerikadan olan “səlahiyyətli" mütəxəssis seçilir. Onu psixoloji və mənəvi keyfiyyətlər üzrə diqqətlə seçirlər. Maykl Yelleman Koreya Xalq Demokratik Respublikasına texnologiyaların qanunsuz çatdırılmasında Rusiyanı deyil, Ukraynanı ittiham edir. Onun sözləri xüsusi çəkiyə malikdir.

İkincisi, məqalə məşhur Qərb nəşrində çıxır.
Üçüncüsü, Rusiya xüsusi xidmət orqanları yalan məlumatların gücləndirilməsi üçün müxtəlif növ “müstəqil” və Rusiya tərəfindən tez-tez maliyyələşdirilən internet mənbələrindən istifadə edir.

Dördüncüsü, yalan məlumat ciddi beynəlxalq effekt verən kimi Rusiya KİV-i Ukraynaya maksimal zərər vermək üçün bu nəticələrdən istifadə etməyə başlayır”.

Müəllifin fikrincə, Rusiya beynəlxalq diqqəti “Ukrayna raket qalmaqalı”na yönəldərək öz raket texnologiyalarının Şimali Koreyaya ötürülməsini gizlədir.

“Bu halda, Amerika-Ukrayna münasibətlərinin inkişafının sürəti azalır, Ukrayna beynəlxalq dəstəyin azalması riski ilə üzləşir və Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarları üçün yeni arqument meydana çıxır. Amma sonra zərəri düzəltmək üçün Yelleman danışmağa başlayır ki, onun sözləri təhrif edilmişdi. Əhəmiyyətlidir ki, o “Yenerqomanş” Rusiya şirkəti tərəfindən RD-250 mühərriklərinin KXDR-ə ötürülməsi imkanını inkar edə bilmədi. O dəqiqləşdirdi ki, belə mühərriklərin əhəmiyyətli ehtiyatları Rusiya anbarlarında saxlanıla bilər”, - Lad Kosliski yazıb.

Analoq.az






скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Siyasət / #Dünya

Rusiya və Çin Şimali Koreyanı arxayın salan ölkələrdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət / #Dünya

KXDR ballistik raket atdı, raket Yaponiyanın xüsusi iqtisadi zonasına düşdü

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Bütün xəbərlər / #Siyasət / #Dünya

Şimali Koreya ballistik raket buraxıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının