Bizi izləməyi unutmayın

#Siyasət / #Dünya

Donald Trampın çətin günləridir

3-10-2017, 12:00 | 2632 dəfə baxılıb.

Bir zamanlar ona inanıb dəstəkləyən və müxtəlif sferalarda nüfuz sahibi olan şəxslər artıq kənara çəkilirlər. Avqust ayının yalnız bir həftəsində neçə vəzifəli şəxs istefa verib. Bu prosesin davam edəcəyini düşünənlər var. Və sonda D.Trampın özünün hakimiyyətdən çəkilməyə məcbur qalacağı proqnozlaşdırılır. Hazırda Amerika cəmiyyəti prezidentlə bağlı yaranmış situasiyadan narahatlığını ifadə edir. Onların sırasında sənət adamlarından təşkil edilmiş qrupun üzvləri də vardır. Onlar mədəniyyət və təhsilə dövlət başçısının lazımi dəstək vermədiyini, əlavə olaraq, insan haqları sahəsində kifayət qədər demokratik davranmadığını ifadə edirlər. Bütün bunların fonunda ABŞ-ın yeni prezidentinin istefa verəcəyi təxmin edilir. Hətta onun bu ilin sonuna qədər baş verəcəyi bildirilir.

Prezident səhvlərinin bədəli: Trampın ağır günləri

Amerikada prezident Donald Trampla bağlı qalmaqal səngimək bilmir. Getdikcə daha çox qurum və tanınmış adamlar onun istefa verməsini tələb edir. Son günlər bu istiqamətdə yeni fikirlər səsləndirilir. Onların sırasına Trampın kitabını yazan adam da qoşulub. O, "Twitter" səhifəsində prezidenti tənqid edib və istefa verməyə çağırıb. Hətta proqnoz verərək, bu ilin sonuna qədər D.Trampın prezidentlikdən gedəcəyini vurğulayıb.

Bir qədər əvvəl isə seçki marafonunda D.Trampa dəstək verən ABŞ-ın zəngin insanlarının yaratdığı qrup da istefa verdiyini açıqlayıb. Onların sırasında milyarder (var-dövləti təqribən 17 milyard dollar təşkil edir), Wall Street yatırımçısı Karl Aykan da vardır. O, Trampa yazdığı məktubda Amerikada son dövrlərdə özünü göstərən zorakılıq, terror, ayrı-seçkilik və antidemokratik qərarlara etiraz etdiyini ifadə edib. Xatırladaq ki, K.Aykanın daxil olduğu iş adamları qrupu D.Trampın yaratdığı məsləhət qrupunu təşkil edir. Bununla bütövlükdə iş adamları qrupu istefa vermiş oldu.

NBC ve "New York Times"ın iddiasına görə, strateji məsələlər üzrə prezident köməkçisi Stiven Bennon Ağ evdəki işinə son verib. Bu barədə hələlik rəsmi açıqlama olmasa da, administrasiyadakı mənbələr onu təsdiqləyiblər. Maraqlıdır ki, S.Bennon Trampın seçkisində ciddi rol oynamışdı.

Nəhayət, D.Trampa bir zərbə də mədəniyyət və təhsil üzrə Prezident Komitəsindən vurulub. Onun 17 üzvündən 16-sı istefa ərizəsi yazıb. Xatırladaq ki, bu Komitə 1982-ci ildə Ronald Reyqan tərəfindən yaradılıb. Əsas məqsəd elm, mədəniyyət və təhsil üzrə xüsusi proqramlar həyata keçirməklə həmin sferaların inkişafını stimullaşdırmaqdan ibarətdir. D.Tramp da özünün lazım bildiyi ziyalılardan həmin Komitəni formalaşdırmışdı. İndi onlar birbaşa D.Trampın yeritdiyi siyasətə etiraz olaraq vəzifələrindən gediblər.

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, ABŞ prezidentinə qarşı etiraz dalğası genişlənir və dərinləşir. D.Trampı bir-birinin ardınca tərk edənlər bir qayda olaraq bir neçə faktı qeyd edirlər. İlk olaraq, Şarlottsvilldə ultrasağçılarla ultrasolçuların toqquşması ilə bağlı yaranmış situasiya göstərilir. Orada bir nəfər həlak olmuş, şəhərdə ciddi surətdə iğtişaşlar baş vermişdi. Maraqlıdır ki, D.Tramp bu hadisədə ultrasağçıların günahının olmadığını bəyan etmişdi. Yəni faktiki olaraq irqçiliyi, zorakılığı, şovinizmi dəstəkləmiş, ağdərililərin imtiyazlı olmasını dolayısı ilə ifadə etmişdi.

D.Trampın bu fikirləri Amerikada ciddi etirazlar yaratdı. Müxtəlif sosial təbəqələrə aid olan, cəmiyyətdə nüfuz sahibləri, sənət və elm adamları belə bir vəziyyətlə barışmayacaqlarını bildiriblər. Onlar Amerikada irqçiliyə, antidemokratik əhval-ruhiyyəyə yol verməyəcəklərini deyiblər.

Digər məsələ KİV-ə olan hücumlarla bağlıdır. Son vaxtlar D.Tramp jurnalistlərin fəaliyyətini məhdudlaşdıra biləcək fikirlər səsləndirib. O, Rusiya məsələsində mətbuatın qərəzli mövqe tutduğundan danışıb. Bu isə Amerikada fikir azadlığına qarşı atılmış addım kimi qiymətləndirilir.

Başqa bir məsələ D.Trampın İqlim üzrə Paris müqaviləsindən çıxması ilə əlaqəlidir. Bu qərara dünyada etiraz çox oldu. Ancaq Tramp öz mövqeyindən çəkilmək istəmir. O, iqlim məsələsini böyük dövlətlərin oyunu kimi qələmə verir. Müxtəlif müraciətlərin olmasına baxmayaraq, D.Tramp qərarını dəyişmək fikrində olmadığını bildirib.

Demokratiya və irqçilik: toqquşan dəyərlər

Daha bir məsələ mədəniyyət və təhsil üzrə proqramların maliyyələşməsinin ixtisarı ilə bağlıdır. Donald Tramp onların bir qismini lazımsız sayır. Büdcənin indiki vəziyyətinin bir sıra proqramların reallaşmasına imkan vermədiyini deyir. Həmin sırada xüsusi təhsil proqramları da vardı ki, dünyanın müxtəlif regionlarında amerikan dəyərlərinin yayılmasına xidmət edirdi. Bu kimi məqamlarla bağlı olan təhsil layihələrinin ixtisara salınmasını Amerika cəmiyyəti qəbul etmir.

Amerika prezidentinə tutulan iradlar sırasında bir sıra ölkələrdən, əsasən, müsəlman dövlətlərindən olan insanların ölkəyə girişinə qadağa qoyulması da var. Bunu ABŞ-da birbaşa insan haqlarına olan qəsd kimi qiymətləndirir, belə qadağalarla nəticə əldə etməyin mümkün olmadığını deyirlər. Doğrudan da, D.Tramp hakimiyyətə gəldikdən sonra Amerikada terror və zorakılıq halları daha da artıb. Bu proses getdikcə dərinləşir. Üstəlik, ABŞ cəmiyyətinin özündə radikalizm, başqalarını qəbul etməmək kimi hallar vüsət alır. Ultramillətçilər və irqçilər fəallaşırlar. Şarlottsvilldəki hadisə buna misaldır.

İnsan haqlarının pozulması kimi qiymətləndirilən başqa bir hadisə D.Trampın cinsini dəyişmiş insanların orduda xidmətini qadağan etməsi ilə əlaqəlidir. Bir tərəfdən, seksual azlıqların hüquqlarını bütün dünyada qoruduqlarını bəyan edən Qərb siyasətçiləri, başqa ölkələri bu məsələdə ittiham edirlər, digər yandan isə özlərinə uyğun gəlməyən məqamlarda insan haqlarını kobudluqla pozurlar. Cinsini dəyişmiş insanların orduda xidmətdən uzaqlaşdırılmasını Amerika elitası məhz bu cür qiymətləndirir. Hesab edilir ki, ABŞ dünyanın ən güclü demokratik qaydaları olan ölkəsi olaraq qalmalıdır.

Nəhayət, istefa verənlər D.Tramın Şimali Koreyanı nüvə savaşı ilə hədələməsinə etirazlarını bildiriblər. Onlar vurğulayırlar ki, Pxenyan nə etsə də, ABŞ güc tətbiq etməməli, xüsusilə xalqı məhv etməklə hədələməməlidir. D.Tramp Şimali Koreya rəhbərliyi ilə yanaşı, xalqın da ciddi zərbə alacağını, hətta görünməmiş vəziyyətə düşəcəyini demişdi.

Göründüyü kimi, iradlar kifayət qədər ciddidir. Bunlardan başqa, D.Trampın Rusiya hakimiyyət dairələri ilə gizli əlaqəsi barədə yayılan söz-söhbəti də kənara qoymaq olmaz. Bir sıra ekspertlər hesab edirlər ki, yaxın aylarda bu məsələ ilə bağlı prezidentə qarşı ittihamlar irəli sürülə bilər. Əgər bu, baş versə, Amerika üçün çox ağır bir vəziyyət yaranacaq. Vaşinqtonun bütün müdafiə sisteminin kifayət qədər səmərəli işləmədiyi barədə təsəvvürlər təsdiqini tapmış olacaq.

Yuxarıdakı təhlillər onu göstərir ki, dünya növbəti siyasi qalmaqalın şahidi ola bilər. ABŞ dünyanın ən güclü və zəngin ölkəsi olaraq qalır və onunla bağlı baş verən hər bir hadisə qlobal səviyyədə həssaslıqla qarşılanır. Əgər D.Trampın istefası reallaşsa, dünya ictimaiyyəti Vaşinqtonun hansı mövqeni tutacağını maraqla gözləyəcək. Adətən bu cür dəyişikliklərdən sonra siyasi kursda düzəlişlər olur. Onlar nələri əhatə edəcək? Ümumiyyətlə, dünyanın indiki mürəkkəb vəziyyətində Amerika nə dərəcədə demokratiya ənənələrini milli maraqlardan üstün tuta biləcək?

Bütün bunlar təbii ki, qeyri-müəyyənlikləri göstərən məqamlardır. Onların fonunda Amerikanın siyasi səhnəsində riskli proseslərin cərəyan etdiyini görmək mümkündür. Bu, bir tərəfdən, ABŞ-ın dünyadakı geosiyasi nüfuzuna neqativ təsir göstərəcəksə, digər tərəfdən başqa güclərin daha da fəallaşmasına imkan yaradacaq. Çünki aydın olur ki, Amerika üzərinə düşən geosiyasi-diplomatik vəzifənin öhdəsindən gələ bilmir. Təkcə D.Trampın Şimali Koreyanı hədələməsini xatırlatmaq yetərlidir. Çünki Pxenyanı dəstəkləyən böyük dövlətlər də var. Hətta bir sıra ekspertlər bu oyunun arxasında hansı maliyyə qruplarının dayandığını da qeyd edirlər. Yəni D.Tramp haradasa korporativ maliyyə maraqlarına uyğun addımlar atır.

Etiraf edək ki, bunlar həqiqət olmuş olsa, bütün dünya üçün daha çətin vəziyyət yaranmış olacaq. Bu aspektdə D.Trampın istefası yalnız Amerikada demokratiya və insan haqlarının taleyi ilə bağlı görünmür. Pərdə arxasında hansı qrupların at oynatdığı daha böyük və mürəkkəb məsələ kimi qarşıya çıxır.newtimes.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı / #Siyasət

Diqqəti daha çox çəkən Donald Trampın öldürülməsidir-Dünya şokdadır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət

ABŞ prezidenti Donald Trampın siyasi təcrübəsi ilə bağlı zarafatlaşıb.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

ABŞ-da prezidentliyə namizəd Donald Trampın həyat yoldaşının açıq-saçıq fotoları ortaya çıxıb.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının