• 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 
  • 23:00 – Tanınmış futbolçu 500 kənd sakininin kredit borcunu bağlayıb 
  • 22:21 – Allahşükür Paşazadə:"Elmar Vəliyevə atılan atəş həm də dövlətçiliyə qarşı açılan atəşdir" 
  • 20:00 – Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə? 
  • 12:00 – Sumqayıtda 18 fəal saxlanıb 
  • 10:30 – Sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir-Deputatdan açıqlama 
  • 19:58 – Xristianlar, müsəlmanlar, yəhudilər və bütün dinlərin mənsubları sonu görünməyən savaş içindədirlər. 
  • 16:03 – Nar Mobile operatorları abunəçinin zənglərinə niyə cavab vermir? 

Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki"

  • Tarix: 21.04.2018, 22:30,
  • Bölmə: Siyasət / Dünya
  • Baxılıb: 51 254
Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki"
Rusiya və prezidenti yalnız dövlətlərarası münasibətlər çərçivəsində çalışır. Putin üçün liderlə münasibət iki ölkələr arasındakı münasibətlər deməkdir.Analoq.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin deyib.

“Putin buna adət edib. Putindən və indiki Rusiya hakimiyyətindən Ermənistandakı problemə müdaxiləni tələb etmək gülməlidir. Rusiya və onun hökuməti Ermənistana formal prinsip əsasında münasibət göstərir. Putin Sərkisyanla danışmağa adət edib və o, Putini qane edir. Məhz buna görə də rus lider Sərkisyanı dəstəkləyir. Yerdə qalanlar isə oyundan kənardırlar.

Ermənilərə Rusiya ilə münasibətləri dəstəkləmək faydalıdır. Sərkisyana münasibət sizin daxili işinizdir, amma əgər bu qarşıdurmada Rusiyaya qarşı münasibət pozulsa, bu, ilk növbədə ermənilərin özü üçün pis olacaq. Bu, həm də bizim üçün pis olacaq. Biz belə hadisələrin digər postsovet məkanı ölkələrində necə bitdiyinin şahidi olmuşuq. Rusiyanın müttəfiqi olan ermənilərin heç bir çıxış yolu yoxdur. Putin Sərkisyanı ona görə dəstəkləyir ki, Sərkisyan onun üçün Ermənistanın özüdür. Putin bundan sonra kimin haqlı, kimin günahkar, kimi iqtisadiyyatı dağıtdığını müəyyən etmək üçün çalışmamalıdır.

Əgər rejim dəyişikliyi Rusiya ilə münasibətləri qoruyub saxlayacaqsa, bu, Ermənistanın daxili işidir. Ən vacib olan şey xarici güclərin manipulyasiyasından qaçmaqdır. Bu, hər kəs üçün - ermənilər, rusiyalılar və regionun stabilliyi üçün vacibdir. Əks halda manipulyasiya rejim dəyişikliyi ilə bitməyəcək. Bu, dövləti dağıdacaq”, – deyə o bildirib.axar.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV