Qarabağ qazisinin sualına Rusiya prezidenti cavab verəcəkmi » Bizim analoqumuz yoxdur!
 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 
  • 21:30 – "Jurnalistə edilən qəsd birbaşa demokratiyaya edilən qəsddir" - Rafael Cəbrayılov 
  • 19:30 – Tanınmış professor Tural İrfanın "Eşqin şəhidi" sənədli romanından yazdı 
  • 17:01 – Şəbnəm bizlərdən dəstək gözləyir 
  • 14:30 – Hind aşpazı:" Əti həftədə, hətta ayda bir dəfə yemək kifayət edir" 
  • 13:00 – İlqar Məmmədov azadlığa buraxılıb 
  • 10:00 – Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı 

Qarabağ qazisinin sualına Rusiya prezidenti cavab verəcəkmi

  • Tarix: 07.06.2018, 12:00,
  • Bölmə: Siyasət / Ölkə
  • Baxılıb: 51 339
Qarabağ qazisinin sualına Rusiya prezidenti cavab verəcəkmi Qarabağ qazisinin sualına Rusiya prezidenti cavab verəcəkmi Rusiya Prezidenti Vladimir Putin qaynar və bir başa xətlə növbəti dəfə vətəndaşların suallarını canlı yayımda cavablandıracaq. Xatırladaq ki, 2001-ci ilin dekabrın 24-dən başlayaraq 16-cı dəfə keçiriləcək bu proyekt üzrə dünyanın hər tərəfindən daxil olmuş suallara bir başa Vladimir Putin özü şəxsən cavab verəcək.

Sualları müasir texnologiya vasitələri ilə hər bir şəkildə vermək mümkündür. Odur ki, fürsətdən istifadə edərək Vladimir Putinə məni və xalqımızı narahat edən, başlıca problemsiz olan doğma Qarabağımızla bağlı sual ünvanlamışam. Sualım hər gün efir bitənə kimi bütün vasitələrlə davamlı olaraq təkrarlanır.

“Hörmətli Vladimir Vladimiroviç, mən 1-ci Qarabağ müharibəsi veteranı kimi canlı şahidəm ki, məhz Rusiyanın bir başa dəstəyi nəticəsində Ermənistan Qarabağı və Qarabağa bitişik 7 rayonumuzu işğal etmişdir. Çox şübhəsiz ki, Sizə Rusiya tarixindən məlumdur ki, məhz Rusiya imperiyası Azərbaycanın əzəli torpaqlarında bu gün Ermənistan adlan dövləti yaratmışdır.

1920-ci ildə 114000 kv. km ərazili müstəqil Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edilərək zorla sovetlər birliyinə qatılmışdır. 1991-ci il SSRİ-nın süqutundan sonra müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası SSRİ birliyini 86600 kv. km ərazi ilə yəni, 27400 kv. km ərazi itkisi ilə tərk etmişdir.

Bu az imiş kimi, müstəqilliyimizin ilk günlərində Rusiya Federasiyasının bir başa həm hərbi həmdə siyasi dəstəyi nəticəsində əzəli Azərbaycan torpaqlarında yaratmış olduğunuz süni Ermənistan adlı dövlət müstəqil Azərbaycanın 20% ərazisini işğal etmişdir.

2016-cı ilin aprel ayında 4 günlük müharibə adi ilə tarixə düşmüş Azərbaycan ordusunun əks həmləsi nəticəsində işğaldan bir sıra torpaqlarımız azad edilmişdir. Ancaq ki, həmin günlərdə Rusiyanın Azərbaycana müxtəlif təzyiqləri ilə döyüş əməliyyatlarını dayandırmağımizi tələb etməyiniz və bizi 08.08.2008-ci il tarixli Gürcüstanın başına gətirdiklərinizin təkrarlanacağı ilə hədələdiyinizdən Azərbaycan ordusu Qarabağın azad edilməsini dayandırdı.

90-cı illərdə Çeçenistanın müstəqilliyini elan etdi ancaq ki, Rusiya öz federal hərbi qüvvələri Çeçenistana yeridərək Çeçenistan üzərində Rusiyanın konstitusion qayda və qanunlarını bərpa etdi. Bu müharibə 20-ci əsrin ən dəhşətli müharibəsi kimi tarixə düşdü.

Sualım belədir: Niyə görə Çeçenistan üzərində Rusiyaya öz konstitusion qayda və qanunlarını bərpa edə bildiyi halda Qarabağda Azərbaycan niyə öz konstitusion qayda və qanunlarını bərpa etməyə haqlı deyil? Hörmətli Prezident Vladimir Vladimiroviç cavabınızda səmimi olmağınızı xahiş edirəm.

07.06.2018-ci il tarixdə keçiriləcək “Vladimir Putinlə bir başa əlaqə” proyektində Prezident Putin sualımıza cavab verə biləcəkmi?

Dadaşov Vüqar Piri oğlu
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV