Bizi izləməyi unutmayın

#Siyasət

Paşinyan Qazaxıstan prezidentindən nə umur?

10-08-2018, 16:30 | 2702 dəfə baxılıb.

NAZARBAYEVƏ TELEFON ZƏNGİNDƏ PAŞİNYANIN ƏSAS MƏQSƏDİ KTMT MÜSTƏVİSİNDƏ ATMAQ İSTƏDİYİ ADDIMLARA DƏSTƏK QAZANMAQ OLSA DA, HEÇ ŞÜBHƏSİZ, ERMƏNİSTANIN BAŞ NAZİRİ ASTANA İLƏ YAXINLAŞMAĞA DA CİDDİ MARAQ GÖSTƏRİR.Ağır sosial-iqtisadi və siyasi böhran vəziyyətindən hələ də çıxa bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan əsas rəqiblərindən canını qurtarmağa çalışır.

O, işğalçı ölkənin sabiq prezidenti Robert Koçaryanı həbs etdikdən sonra diqqətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni generalı Yuri Xaçaturovun üzərində cəmləşdirib. Kreml rəhbərliyinin barəsində cinayət işi qaldırılan generalın həbsinə yaşıl işıq yandırmaması Paşinyanın planlarına mane olsa da, o, hiyləgər addım atmaq fikrindədir. Düşmən ölkə baş naziri KTMT-də Y.Xaçaturovun əvəzinə keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə Qarabağ klanının aparıcı üzvlərini sıradan çıxararaq qarşısındakı bütün əngəlləri aradan qaldırmaqda israrçı olduğunu nümayiş etdirir. Bu məqsədlə, hətta, o, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə də müraciət edib. Qazaxıstan prezidentinə telefon zəngində N.Paşinyanın əsas məqsədi KTMT müstəvisində atmaq istədiyi addımlara dəstək qazanmaq olsa da, heç şübhəsiz ki, Ermənistanın baş naziri Astana ilə yaxınlaşmağa da ciddi maraq göstərir. Lakin region ölkələri, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması üçün o, işğal edilən torpaqları sahibinə geri qaytarmalı olduğunu yaxşı dərk edir. Əks halda, rəsmi Bakının həyata keçirdiyi təcridetmə siyasətinin Ermənistanın bölgədə nəinki tərəfdaş qazanmasına imkan verməyəcək, hətta işğalçı ölkədə böhran vəziyyətinin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu mənada, Qarabağ problemi ilə bağlı istənilən səviyyədə həyata keçiriləcək yumşaq diplomatiyanın N.Paşinyanı xalqa qarşı çevirmək üçün Qarabağ klanının əlində fürsət, bəhanə yaradacağını nəzərə alsaq, onun əsas rəqibləri - R.Koçaryan, Y.Xaçaturov və digərlərinə qarşı başlatdığı cəza mexanizmlərini bu xüsusda əhəmiyyətli addım kimi qiymətləndirmək olar.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon söhbətinin təşəbbüskarı Paşinyan olub: "Bunu Qazaxstan prezidentinin saytı da xüsusi olaraq vurğulayıb".

Politoloqun sözlərinə görə, telefon söhbətində iki mövzu - ikitərəfli əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti müzakirə olunub: "Qazaxıstanla Ermənistan arasında elə güclü iqtisadi əməkdaşlıq mövcud deyil ki, Paşinyan bu məsələ üçün xüsusi olaraq Nazarbayevə zəng etsin. Görünür, əsas məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır. Məsələ burasındadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətindən narazıdır. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə Ermənistanı dəstəkləməli, Ermənistanı Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, növbədə Qazaxıstan da var. Qazaxıstan sözdə Ermənistanın müttəfiqi sayılsa da, əməldə Azərbaycanla əlaqələrdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu eks-prezident Serj Sarkisyanın üzünə oxumuşdu".

Mərkəz sədri hesab edir ki, Nazarbayevin mövqeyində dəyişən bir şey yoxdur: "Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək. Yəqin Paşinyanın bu telefon danışığından yeganə istəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni erməni baş katib təklifi ilə Astananı tanış etmək olub".

E.Şahinoğlunun fikrincə, Paşinyanın bu məsələni Astana ilə məsləhətləşməsi Moskvanın xoşuna gəlməyəcək: "Çünki Moskva təşkilata arxa baxçası kimi baxır. Kreml Paşinyanın Yuri Xaçaturovu baş katib vəzifəsindən geri çağırıb həbs etmək istəyi Moskvanın qəti etirazına səbəb olmuşdu. Paşinyan Nazarbayevə zəng edib bu məsələni Qazaxıstan prezidenti ilə müzakirə etməklə demək istəyir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tək sahibi deyil, başqalarının da rəyi nəzərə alınmalıdır. Bu gedişlə Paşinyan yaxın günlərdə Belarus prezidentinə də zəng edəcək".

Qeyd edək ki, Ermənistanın xüsusi istintaq xidməti R.Koçaryan, Y.Xaçaturov və digərlərini 2008-ci ilin mart ayında İrəvanda baş vermiş kütləvi qırğın, terror hadisəsinin törədilməsində təqsirli bilir.

R.Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda bildirilib ki, bu maddə üzrə onu 10 ildən 15 ilədək həbs cəzası gözləyir. Şahid qismində Ermənistanın Xüsusi İstintaq Xidmətində ifadə verdikdən sonra R.Koçaryana qarşı ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib. R.Koçaryan isə cinayət işi üzrə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bunu "yeni hakimiyyət tərəfindən təqib" kimi qiymətləndirir.

2008-ci il 1 mart cinayət işi üzrə həmin dövrdə İrəvan hərbi qarnizonuna rəhbərlik etmiş Y.Xaçaturov da iyulun 26-da şahid qismində ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə baş çəkib, oradan müttəhim qismində çıxıb. R.Koçaryan istintaq müddətini həbsdə keçirəcək, Y.Xaçaturov isə üzərində ittiham qalmaqla girov müqabilində azadlığa buraxılıb. Daha sonra Moskvanın iradlarını və narahatlığını nəzərə alan Paşinyan hakimiyyəti Y.Xaçaturovun Moskvaya qayıtmasına icazə verib.525.az Ceyhun ABASOV

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Dünya

Nikol Paşinyan əmr verib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Foto Video / #Siyasət / #Dünya

Paşinyan:"İlham Əliyevlə görüşümüzün kağız üstündə qalmamasını istərdim"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Xaçaturovun təyinatı ciddi dəyişikliyə gətirib çıxartmayacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının