Bizi izləməyi unutmayın

#Siyasət

Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələ və hədəflər

10-08-2018, 17:30 | 672 dəfə baxılıb.

Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycanda rəsmi səfərdədir. Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra iki ölkə liderinin iştirakı ilə geniş tərkibdə görüş keçirildi. Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sənəd imzalandı.Liderlərin geniş tərkibli görüşdə çıxışı zamanı iki ölkə arasındakı əməkdaşlıq haqqında dedikləri də Bakı-Düşənbə xəttində çox gözəl atmosferin olduğunu sübut edir.

Azərbaycan-Tacikistan münasibətləri tarix boyu müsbət nüanslarla diqqət çəkir. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olundu. İki ölkə arasında əməkdaşlıq xüsusi dostluq münasibətləri ilə seçilir. Misal üçün, 2008-ci ildə Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün rəsmi Düşənbənin müraciətini nəzərə alaraq Azərbaycan tərəfindən dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu ölkəyə bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilib. 2012-ci ildə Tacikistanla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu ölkənin prezidenti Emoməli Rəhmon “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlər 1992-ci ilin 29 mayında qurulub. 2007-ci ildə Tacikistanda Azərbaycan səfirliyi, bir il sonra – 2008-ci ildə isə Azərbaycanda Tacikistan səfirliyi açıldı.

İki ölkə arasında əlaqələr həm də liderlərin dostluq münasibətlərində öz əksini tapır.

2007-ci ilin 15-16 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda rəsmi səfərdə olub. Həmin ilin 13-14 avqust tarixində isə Tacikistan prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri baş tutub. 2007-ci ilin 4-5 oktyabrında Azərbaycan lideri MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanda işgüzar səfərdə olub.

2012-ci ilin 12-13 iyul tarixində Tacikistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Həmin ilin 15-16 oktyabr tarixində Tacikistan lideri Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün Azərbaycana işgüzar səfər edib.

Bakı və Düşənbə arasında sıx dostluq münasibətləri daim prioritet olub. İki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birinə dəstək verib. Bu baxımdan, Emoməli Rəhmonun Bakı səfəri olduqca təbiidir.

Bu səfər dövlət başçılarının bildirdiyi kimi, Azərbaycan və Tacikistan arasında iqtisadi, humanitar və s. sektorlar üzrə əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Lakin Emoməli Rəhmonun səfərində diqqət çəkən bir sıra nüanslar da var.

Tacikistan Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etmək istəyir:

Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşən açar ölkədir. Bu gün Mərkəzi Asiyanı Cənubi Qafqazla bağlayan və burada Avropaya çıxaran nəqliyyat dəhlizi məhz ölkəmizin üzərindən keçir. Bu gün ölkəmiz “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Hindistandan tutmuş Mərkəzi Asiya ölkələri də daxil olmaqla Şərqi Qərbə bağlayır. Bakı-Tbilisi-Qars dəmiryolu Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarını birləşdirəcək “Şərq-Qərb” nəqliyyat dəhlizinin də əsas xətti hesab olunur. Bu baxımdan, Azərbaycan Avropa ilə yanaşı, Uzaq Şərqdən tutmuş Mərkəzi Asiya və Cənubi-Şərqi Asiya bölgələri üçün əhəmiyyətli ölkədir. Tacikistan prezidentinin Bakıya səfərinə ilk olaraq bu kontekstdə baxa bilərik. Rəsmi Düşənbə Avropa bazarına çıxış əldə etmək istəyir və bunun üçün Azərbaycan əsas tranzit yoludur. Tacikistan öz mallarını Bakı Limanına gətirə, oradan da Qara dənizə çıxara bilər. Hesab etmək olar ki, Tacikistan lideri Emoməli Rəhmonla Azərbaycan lideri İlham Əliyev arasında məhz Azərbaycanın nəqliyyat və liman infrastrukturundan istifadə imkanları müzakirə olunub.

Bu Azərbaycana iqtisadi qazancla yanaşı, siyasi dividendlər də vəd edir. Çünki Tacikistan Mərkəzi Asiya regionun əsas ölkələrindəndir. Rəsmi Bakı regionun bütün ölkələri ilə sıx əlaqələrə malikdir. Tacikistanla əlaqələrin daha da dərinləşdirilməsi bu kontekstdə yaxşı addımdır. Digər tərəfdən, Tacikistan işğalçı Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur. Düşənbə ilə əlaqələrin dərinləşməsi Ermənistanın özünə arxa hesab etdiyi bu təşkilatda güc balansını Azərbaycanın xeyrinə dəyişmək imkanlarını daha da genişləndirir.

Bütün bu amillər Bakı-Düşənbə xəttində olduqca səmərəli əlaqələrin inkişafını şərtləndirir. Liderlərin qarşılıqlı səfərləri və bir-biri ilə qurduqları dostluq münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət edir.Asif publika.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Siyasət / #Ölkə

Polşa baş naziri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır” - YENİLƏNİB

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Tacikistan prezidentindən qeyri-adi addım

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Ruhani Ermənistana səfər etməkdən məmnun olduğunu vurğulayıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının