İlham Əliyevin Xorvatiyaya səfərinin əhəmiyyəti olduqca böyükdür



Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin əhəmiyyəti olduqca böyükdür”.Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.Onun sözlərinə görə, Azərbaycan liderinin bu səfəri iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf mərhələsinin başlanğıcı olacaq.

“Azərbaycan və Xorvatiya arasındakı münasibətlərin inkişaf edir. İki ölkə arasında bütün sferalar üzrə - siyasi, iqtisadi, elmi, mədəni, humanitar – geniş əməkdaşlıq var. Dövlət başçısının səfəri bu əməkdaşlığın daha yüksək səviyyədə inkişafına təkan verəcək”, - deyə deputat vurğulayıb.M. Qasımlı əlavə edib ki, Xorvatiyanın yerləşdiyi Balkan yarımadası dünyanın mühüm geosiyasi bölgələrindəndir: “Azərbaycan Balkan regionunda bir sıra mühüm layihələr həyata keçirir. Hesab edirəm ki, Azərbaycan liderinin Xorvatiyaya səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi