Elman Nəsirov:"Paşinyan bir yandan Rusiya mütəffiqdir deyir, bir tərəfdən Putin dostumdur deyir"



“Nikol Paşinyan Ermənistanda siyasi hakimiyyətə gəldikdən sonra Rusiya əleyhinə onun davranışı Rusiya KİV-lərinin də diqqətindən yayınmır. Bu səbəbdən də Rusiya mətbuatında da Ermənistanın yeni rəhbərliyinin davranışını tənqid edən yazılar dərc olunur”.Analoq.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, bu günlərdə "Govorit Moskva" radiostansiyasının aparıcısı, tanınmış jurnalist Sergei Dorenkonun da Paşinyan və onun siyasəti ilə bağlı söylədiyi tənqidi fikirlər də hətta Ermənistanın Moskvadakı səfirliyini də hərəkətə keçməyə vadar edib:

“Yəni bu gün Rusiya-Ermənistan münasibətləri özünün ən mürəkkəb çağlarından birini yaşayır. Xüsusilə də Ermənistan baş naziri bir yandan Rusiya mütəffiqdir deyir, bir tərəfdən Putin dostumdur deyir, digər tərəfdən isə o addımları atır ki, bu birbaşa Rusiyanın milli mənafeləri əleyhinə yönəlib. Məsələn, baş nazir olaraq o nazir postlarına o şəxsləri təyin edir ki, onlar Soros adamları imicinə malikdir və ABŞ-dan qrantlar almaqla məşğul idilər. Eləcə də anti-Rusiya bəyanatları ilə yadda qalıblar. Bundan savayı Paşinyan Moskva ilə ümumiyyətlə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir üzvü ilə hesablaşmadan təşkilatın baş katibi vəzifəsini icra edən öz həmyerlisi, generalı həbs etmişdi. Təbii ki, bu da Moskvada son dərəcə mənfi qarşılanmışdı və münasibətlərin soyuqlaşmasını şərtləndirən amillərdən birinə çevrilib.

Eyni zamanda Paşinyan ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltonla görüşərkən onun Rusiya silahlarını deyil, Amerika silahlarını almaqla bağlı təklifinə loyal münasibət bəsləməsi də Moskvada çox mənfi qarşılanmışdı. Hesab edirəm ki, bu reallıqlar fonunda Paşinyan çox gözəl dərk edir ki, onun iddia etdiyi yeni erməni generalın KTMT-nin baş katibi vəzifəsinə təyin olunmamasında da Rusiya amilinin rolu olub. Təbii ki, Belarus və Qazaxıstanla yanaşı Rusiya amilinin də həlledici rolu olub.

Bütün bunların fonunda eyni zamanda məlum olub ki, Rusiya-Ermənistan arasında imzalanmış Qaz müqaviləsinin də müddəti başa çatır və rəsmi Moskva əvvəlki ucuz qiymətlərlə Ermənistana qaz satmaq niyyəti yoxdur. Bütün bunlar üst-üstə gəldikdə Ermənistan iqtidarı bu gün belə bir fikir aşılamaq istəyir ki, Rusiya anti-erməni siyasət həyata keçirir, Ermənistan əleyhinə fəaliyyət göstərir və Azərbaycanla Ermənistan əleyhinə dostluq edir. Bu səbəbdən də indi erməni ictimai fikrində Rusiyanın düşmən obrazı formalaşdırılmaqdadır.

Hətta bir çox erməni ekspertləri KTMT-dən çıxmaq, Avrasiya İqtisadi İttifaqından çıxmaq, Rusiya ilə imzalanmış bütün müqavilələrdən imtina etmək və eyni zamanda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının da ölkədən çıxarılması kimi təkliflərlə, tələblərlə çıxış edirlər. Rusiyanın hələki bununla bağlı rəsmi mövqeyi yoxdur. Amma hər halda Ermənistanın yeni rəhbərliyinin bu davranışı Moskvada çox mənfi qarşılanıb. İstisna deyildir ki, qazın qiymətinin qaldırılması Ermənistan ilk cəza mexanizminin tətbiqi kimi də dəyərləndirilə biləcək”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi