Paşinyan təhlükəsizlik strategiyasını dəyişir




Ermənistan Təhlükəsizlik Şurası Ermənistanın milli təhlükəsizlik strategiyasının konsepsiyasında dəyişikliklər üçün işə başlayıb.

Analoq.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, İrəvan bu addımı Ermənistan, region və dünyadakı siyasi dəyişikliklərlə əlaqədar atıb. Yeni təhlükəsizlik strategiyasının hazırlanması üçün Təhlükəsizlik Şurasının aparıcı siyasi qüvvələr, vətəndaş cəmiyyəti nümayəndələri və parlamentarilərlə danışıqlar aparacağı bildirilib. Sənədin 2019-cu ilin sonuna qədər hazırlanacağı qeyd edilib.

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik strategiyası konsepsiyası 2007-ci ildə hazırlanıb. Sərkisyan hökumətinin devrilməsindən sonra Paşinyan hökuməti yanvarda bu konsepsiyaya heç bir dəyişiklik etməyib.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi