Erməni soyqırımını tanıyacam -Siyasətçidən Azərbaycana xəyanət



Əgər prezident seçilsəm, ilk işim "erməni soyqırımı"nı tanımaq olacaq.

Analoq.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Beynəlmiləl Hərəkatının rəhbəri, prezidentliyə namizəd Baxıtcan Kopbayev Feysbuk sosial şəbəkəsində yaradılan "Düşüncə" virtual diskussiya klubundakı müzakirələr zamanı deyib.

Müzakirədə iştirak edən erməni ekspertlərin suallarını cavablandıran Qazaxıstan Beynəlmiləl Hərəkatının rəhbəri Baxıtcan Kopbayev deyib ki, "erməni soyqırımı"nı tanımamaq çox qəribə olardı:

"Əgər Hitler tərəfindən yəhudilərə qarşı törətdilənləri soyqırım kimi qəbul ediriksə, onda Osmanlı rəhbərlərinin də buna bənzər hərəkətlərə necə bir göz yuma bilərik. Həmin dövrün sənədlərində erməni əhalisinin qəsdən öldürülməsi barədə məlumatlar var. Tələt Paşa, Ənvər Paşa, Bəhadəddin Şakir və Məhməd Nazim kimi adlar Hitler kimi insanlıq adına ləkədir".

Qeyd edək ki, iyun ayının 9-da Qazaxıstanda prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. B.Korbayevin ermənilərlə biznes ortaqlığı var.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi