Ermənilər Putinə müraciət etdi





Ermənistan Kommunist Partiyası Rusiya Prezidenit Vladimir Putinə müraciət edib.

Analoq.az xəbər verir ki, müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər yalnız Putinin Qarabağda yaranacaq eskalasiyanın qarşısını ala biləcəyini bildiriblər:

“Hesab edirik ki, Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər”.

axar.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi