"Xomeyni inqilaba xəyanət edib” - Bənisədr



“Reuters” xəbər agentliyi İranın 1979-cu il inqilabından sonra seçilmiş ilk prezidenti olan Abolhəsən Bənisədrdən müsahibə alıb.
85 yaşı olan Bənisədr 1979-cu il inqilabından sonra İranda ilk dəfər olaraq xalq tərəfindən seçki yolu ilə seçilən prezident olub. O, 5 fevral 1980 — 20 iyun 1981-ci illər arasında bu vəzifəni icra edib. Daha sonra Ruhullah Xomeyni başda olmaqla, ölkədə dini diktatura qurmaq istəyən axundlarla problemləri səbəbindən öz vəzifəsindən kənarlaşdırılıb. Prezidentlik postundan kənarlaşdırılandan sonra isə Fransaya köçərək, orada yaşayır. Müsahibə zamanı o, bildirir ki, Ruhullah Xomeyni 1979- cu il inqilabı nəticəsində iqtidara gəldikdən sonra inqilab idealarına xəyanət etdi. Bənisədr təqribən 39-ildir Fransada sürgün həyatı yaşamasına baxmayaraq, inqilabda iştirak etdiyinə görə peşiman olmadığını bildirib.

“Azadlıq prinsiplərinə sadiq qalacaq dini liderin olması xəyalı”

Bənisədr inqilabdan əvvəl Fransada Xomeyni ilə bağlı baş vermiş maraqlı məlumatları da xatırlayıb: “Xomeyni Fransada olanda ona dediyimiz hər şeyi gülərüzlə, tam razılıq ifadə edərək, qəbul edirdi. Biz dini liderin bütün azadlıq prinsiplərini dəstəklədiyinə əmin idik və tariximizdə ilk dəfə olaraq bu cür dini liderə sahib olduğumuzu düşünürdük. Xomeyni Fransada olan zaman azadlıq tərəfdarı idi. Hətta “Neville Observator” jurnalı buna görə onu “azadlıq tərəfdarı olan ayətullah” adlandırmışdı.”

“Xomeyni Fransada olan qadınların seçim haqqı olduğunu demişdi”

“Hər şey İranda dəyişdi, təyyarənin pilləkənlərindən aşağı düşdükdə ziyalıların dövrü sona çatdı. Aşağıda onu ruhanilər dövrəyə aldılar və bununla ona yeni alın yazısı cızdılar. Bu alın yazısının nəticəsi bu günki diktaturadır.”

Bənisədr daha sonra Ruhullah Xomeyni ilə Qumdakı görüşündən danışıb: “Xomeyni ilə görüşmək üçün Quma yollandım. Ona dedim ki, Fransada deyirdiniz ki, qadınlar hicab və geyim seçimində azaddılar. İndi onlar hicab taxmalıdırlar ya yox? O, daha çox rahat bildirdi ki, bəli, taxmalıdırlar. Bundan sonra isə bildirdi ki, "mən Fransada şəraitə uyğun olaraq çox şey dəyə bilərəm, amma bu dediyim hər şeyə əməl edəcəyim anlamına gəlməz. Şəraitə uyğun olaraq, lazım olsa, nəyinsə əksini deyə bilərəm." Bənisəd bildirir ki, “bu sözləri eşitmək mənim üçün çox ağır idi”.
O, daha sonra qeyd edir ki, bu gün 40 il əvvəl din xadimi olan bir şəxsin demokratik ölkə qurmaqla bağlı dediklərinə niyə inandığını anlaya bilmir. O, hazırda bunun üçün peşmançılıq hissi keçiri.

Xatırladaq ki, atası ruhani olan Əbülhəsən Bənisədr Fransada iqtisadiyyat təhsili alıb. Onun atası Ruhullah Xomeyninin ən yaxın dostlarından biri idi. Xomeyninin İraq və Türkiyədə sürgün həyatı yaşadıqdan sonra Fransaya getməsinə Bənisədr kömək göstərmişdi. İnqilaban sonra isə Ruhallah Xomeyni Fransada səsləndirdiyi azad və ədalətli cəmiyyət qurmaqla bağlı vədlərinə xilaf çıxıb və ölkədə yeni teokratik diktatura sistemi təsis edib. gunaz.tv

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi