Səbaildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edilib



İyulun 13-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsi, Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə tədbir keçirilib.

Səbail RİH-dən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, 14 iyul 1969-cu il Heydər Əliyevin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür.

Onun sözlərinə görə, Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirib: “Ulu öndər fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Görülən məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Sənaye ilə yanaşı ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi”.

V. Zeynalov qeyd edib ki, Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirib.

Tədbirdə qonaqlar çıxış edərək Heydər Əliyevin çox şaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında və qorunub saxlanılmasındakı xidmətlərindən söhbət açıblar. Apa.Az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi