Əli Əhmədov YAP-a səsləndi: müxalifətə qarşı sıx birləşin



Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov gözlənilməyən bəyanat verərək, müxalifəti “lənətlənmiş beşinci kolon” adlandırıb, partiya üzvlərini “daha sıx birləşməyə” çağırıb.

O, müxalifəti “xarici qüvvələrin tapşırıqları əsasında” Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlamaqda ittiham edib. “Məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir”, deyə Əhmədov öz Facebook səhifəsində yazır.

Bu səbəbdən Əhmədov uğurların qorunub saxlanması, gələcək uğurların isə təmin edilməsi naminə ənənələrin davam etdirilməsi, siyasi mübarizənin çirkin və təhlükəli üsullardan təmizlənməsi, “müxalifət” adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması üçün partiya sıralarının daha da güclənməsi zərurətini qeyd edir.

Əhmədov partiyanın bütün fəal üzvlərini, gəncləri fədakarlıqlara səsləyib. reportyor.info

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi