"Əli Kərimli Elçibəyi satmış, öz siyasi həmfikirlərini “xərcləmiş” adamdır"-media eksperti Səbuhi Abbasov



Mən tam səmimiyyətimlə deyirəm ki, Əli Kərimlinin Azərbaycan siyasi tarixində heç bir rolu yoxdur. O sadəcə avtoritar şoumendir". Bunu SİA-ya internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bu gün dünyada inkişaf edən cəmiyyətlərin əksəriyyətində sağlam müxalifət var: "Əks qütb millli maraqların müdafiəsini ana xətt kimi qəbul edirsə, deməli digər istiqamətlər də sağlamdır.

Azərbaycan müxalifətini məhv edən, onu bu hala salan Əli Kərimlidir. Təxminən 2004-cü ildən bəri sağlam müxalif gənclik yetişə bilərdi. Ancaq Əli Kərimli onların hamısını öz radikal maraqlarına “xərclədi” və bu proses bu gün də davam edir.

Təəssüf ki, bu gün də ona inanan, onun çirkin oyunlarının iştirakçısına çevrilən insanlar var. Bu adam Elçibəyi satmış, öz siyasi həmfikirlərini “xərcləmiş” adamdır. Ona görə sabah eşitsəm ki, bu adam Gürcüstan vasitəsilə ölkəyə gətirdiyi pulları erməni lobbisindən alır,təəccüblənmərəm".
Ceyhun Rasimoğlu

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi