Xocalı soyqırımı ilə bağlı Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya təşkil edilib



27 Fevral 2016Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Xocalı soyqırımı ilə bağlı Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya təşkil edilib

Fevralın 26-da ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş etiraz aksiyası keçirib.
Aksiyada Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin Amerikanın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb. Bəzi plakatlarda Xocalıda törədilmiş kütləvi qırğının əsas təqsirkarları, o cümlədən Ermənistanın indiki prezidenti Serj Sarkisyan, bu ölkənin keçmiş prezidenti Robert Koçaryan, indiki müdafiə naziri Seyran Ohanyan, erməni terroru ideoloqlarından biri Zori Balayan və beynəlxalq terrorçu Monte Melkonyan təsvir edilmişdi.
Aksiya zamanı “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Sarkisyan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”, “Ermənistan vassal dövlətdir!”, “Xankəndindəki oyuncaq rejim rədd olsun!”, “Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa rəayət et!” və sair şüarlar səslənib.
Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar.
Aksiyanın sonunda rəsmi Yerevanın apardığı işğalçı siyasətinə görə Ermənistanistanın siyasi və iqtisadi cəhətdən bərbad vəziyyətə düşməsı və tamamilə vassal dövlətə çevrildiyi vurğulanıb. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.
Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbləri ilə bağlı hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 9 ildir Amerika ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq üçün hər il bir neçə kampaniya keçirib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi