• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Xocalı soyqırımı qurbanlarının xatirəsi Cənub bölgəsində də ehtiramla yad edilib

  • Tarix: 28.02.2016, 14:04,
  • Bölmə: Siyasət
  • Baxılıb: 5395
Xocalı soyqırımı qurbanlarının xatirəsi Cənub bölgəsində  də ehtiramla yad edilib Xocalı soyqırımı qurbanlarının xatirəsi Cənub bölgəsində  də ehtiramla yad edilib  Xocalı soyqırımı qurbanlarının xatirəsi Cənub bölgəsində  də ehtiramla yad edilib

Fevralın 26-da Astara şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə böyük izdiham vardı. İnsanlar dəstə-dəstə abidə önünə gələrək Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad edirdilər. Abidə-kompleksinin önündə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin təmsilçiləri abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini dərin hüznlə anıblar.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
“Xocalım ağrım mənim” kitabının müəllifi Mərasim Hacızadə bildirib ki, XX əsrin ən ağır faciələrindən biri olan Xocalı qətliamı bəşər tarixində bənzəri olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin üzüntüdür.
Qeyd olunub ki, bu qanlı hadisədə 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Bildirilib ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində uğurlu iş aparılır. Heydər Əliyev Fondunun gərgin əməyi nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Bir sıra ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyası həyata keçirilir. Məqsəd dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Bu xeyirxah əməl uğurla davam etdirilir.
Mərasim iştirakçıları abidə-kompleksinin önündə təşkil edilmiş Xocalı soyqırımından bəhs edən rəsm, foto və kitab sərgisi ilə tanış olublar.
X X X
Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Xocalı faciəsinin 24-cü ildönümü dərin ehtiramla yad edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti Lənkəran şəhərindəki azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi önünə tər qərənfillər düzüblər.
Mərasimdə gənclərin ifasında “Bu qan yerdə qalan deyil!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Anım mərasimi çərçivəsində Heydər Əliyev Mərkəzində kinorejissor Vahid Mustafayevin “Xoca” filmi nümayiş olunub.
Həmin gün Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı qətliamına həsr edilib, idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri keçirilib.
X X X
Fevralın 26-da Masallı şəhərindəki “Qəhrəmanlar parkı”nda Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, Xocalıdan olan məcburi köçkünlər və şəhər sakinləri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunub, Xocalı faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
X X X
Xocalı soyqırımının 24-cü ildönümü Lerik şəhərində də qeyd olunub. Bu münasibətlə Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilib. Anım mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaya və Xocalı soyqırımına həsr olunmuş sənədli filmə baxıblar.
Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov, rayon prokuroru Bəhruz İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, rayon təhsil şöbəsinin metodisti, tarixçi Qafur Xosiyev yüz illər boyu erməni millətçilərinin Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətindən danışıblar.
X X X
Fevralın 26-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, tələbələrin, gənclərin iştirak etdiyi mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə “Sən ağlama, mən ağlayım qərənfil!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Həmin gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq mühafizə orqanlarının rəhbərləri rayonun Göytəpə şəhərində məskunlaşmış Xocalı şəhər sakini Zakir Ələkbərovun ailəsi ilə görüşərək, onların problemləri ilə maraqlanıblar. Ailəyə ərzaq yardımı edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında, rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib, idarə, müəssisə və təşkilatlarda, yaşayış məntəqələrində anım mərasimləri, xatirə gecələri keçirilib.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV