Putin baş nazirin təyinatıyla bağlı təklif verib-"Prezident məcburi təsdiq etməlidir"




Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə ənənəvi müraciət edib, burada ölkədəki işlərin vəziyyətini qiymətləndirib və inkişaf perspektivlərini açıqlayıb. Analoq.az xəbər verir ki,Putin çıxışında həm ölkədaxili, həm xarici məsələlər toxunub.

O, Rusiya konstitusiyasına ciddi dəyişikliklər edilməsini təklif edib. Xüsusi diqqət çəkən məqam baş nazirin təyin olunması ilə bağlıdır. Putin baş naziri prezidentin yox, Dövlət Dumasının təyin etməsini təklif edib: " Təklif edirəm ki, Dövlət Duması baş nazirin təyinatına tək razılıq verməsi ilə kifayətlənməsin. Mənim fikrimcə baş naziri, onun müavinlərini və federal nazirliləri parlamenet təyin etsin. Ən əsası prezidentin Dövlət Dumasının təyin etdiyi baş naziri təsdiqləməmək hüququ olmasın yəni əgər parlament baş naziri təyin edibsə prezident onu məcburi təsdiq etməlidir".

Putin çıxışında dünyada kı, problemlərdən danışarkən əsas məsuliyyəti beş nüvə silahına malik olduğu ölkələrin daşıdığını deyib və çıxış yolunu da onların tapmalı olduğunu vurğulayıb: " Bəşəriyyətin əsas problemləri haqqında ciddi danışmaq zamanı artıq gəlib. Siyasi müdrüklük və iradə nümayiş etdirmək lazımdır. Hər birimizin üzərinə düşən məsuliyyəti dərk etməliyik. Bəşəriyyətin qorunması və davamlı inkişafının məhsuliyyətini 5 nüvə dövləti məhz öz üzərinə götürməli və digərləri üçün nümunə olmalıdırlar.

Əvvəlcə bu beş dövlət qlobal müharibənin ilkin şərtlərini aradan qaldırmaq üçün tədbirlər görməyə başlamalı, müasir beynəlxalq münasibətlərin siyasi, iqtisadi, hərbi aspektlərini tam nəzərə alacaq planetdə sabitliyin təmin edilməsinə yenilənmiş yanaşmaları inkişaf etdirməlidirlər".

Putin ikinci Dünya müharibəsi haqqında son zaman gedən müzakirələrədə toxunub. O, tarixi saxtalaşdırmağa imkan verməyəcəklərini deyib: "Rusiya üçün 9 may ən böyük və müqəddəs bayramdır.

Qalib gələn nəsillərlə fəxr edirik, onların şücaətinə hörmət edirik və yaddaşımız yalnız qəhrəmanlıq keçmişinə olan böyük hörmət deyil. O, gələcəyimizə xidmət edir, ruhlandırır, birliyimizi gücləndirir. Biz həqiqəti qorumalıyıq. Yalanın dünyada yayılmasına imkan verməməliyik. Bunun üçün Rusiyada İkinci Dünya Müharibəsi ilə bağlı ən dolğun arxiv sənədləri, film və foto materiallar dəsti yaradılacaq".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi