Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb




Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Analoq.Az xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,75 faiz bəndi azaldılaraq 12%-dən 11,25%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin ötən il iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə, oktyabrın 24-də keçirilmiş iclasında 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə, dekabrın 12-də keçirilmiş iclasında isə 2 faiz bəndi azaldılaraq 14%-dən 12%-ə endirilmişdi.
Report

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi