ƏSAS SƏHİFƏ Dünya "Putin gizli saxladığı kartlarını açıb-Seçim etmək və hazırlıq görmək üçün çox vaxtı var"

"Putin gizli saxladığı kartlarını açıb-Seçim etmək və hazırlıq görmək üçün çox vaxtı var"

"Financial Times" qəzeti Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə səlahiyyət müddəti bitdikdən sonra hakimiyyətini qorumaq üçün istifadə edə biləcəyi üsullar barəsində yazıb.Analoq.az xəbər verir ki, qəzetin təsvir etdiyi ssenarilərdən birinə görə, Rusiya lideri yenidən baş nazir vəzifəsini tuta bilər. Dövlət Şurasına rəhbərlik etmək imkanı da var, bu vəziyyətdə hökumətin hərəkətlərini diktə edən bir orqana çevriləcəkdir. Nəhayət, Putinin parlamentə nəzarət edən və bu yolla ölkə siyasətinə təsir edən hakim partiyanın lideri olmaq seçimi var.

"Putinə istifadə edə biləcəyi konkret bir güc və təsir mexanizmi lazımdır" - deyə Kremlə yaxın bir mənbə bildirir, - "O hamıya əmr verən avtorir qoca olmaq istəmir. İndi onun keçid dövrünün təşkili barəsində düşünmək üçün bir neçə ili var. Putin heç bir risk etmədən rəqibləri arasında yarış keçirə bilər".

Anonimlik şərti ilə Financial Times-a danışan böyük bir Rusiya şirkətinin rəhbərinin sözlərinə görə, Putin gələcək güc modelini müəyyənləşdirmək üçün oyun sahəsini təmizləyib. O deyib ki: "Putin kartlarını gizli saxlamışdı və indi seçim etmək və hazırlıq görmək üçün çox vaxtı var. Və heç bir aşkar potensial varisi yoxdu. Özlərini potensial varisi hesab edən güclü oyunçulardan heç birinin artıq üstünlüyü yoxdur."

"Çox güman ki, hökumətin dəyişdirilməsi həm hökumət, həm də ölkədəki ümumi sosial-iqtisadi vəziyyətlə bağlı ictimai narazılığı azaltmaq üçün bir cəhddir" - nəşr Teneo konsaltinq firmasının analitiki Andrius Tursunun fikrindən sitat gətirir.

Politoloq Qleb Pavlovski hesab edir ki, baş nazir dəyişikliyi heç nəyə təsir etməyəcək : " Əgər kimsəyeni baş naziri Putinin varisi hesab edirsə, səhv edir. O, yalnız texniki fiqur olacaq, çünki əslində icra hakimiyyəti Kremlin, təhlükəsizlik qüvvələrinin və Putinin silahdaşlarının əlindədir. Bu dəyişiklik ehtiyacını qarşılamaq üçün qəribə bir yoldur, çünki əslində heç nə dəyişmir. Sistem mahiyyətcə eynidır".

Bənzər bir fikiri, politoloq Yekaterina Shulmanda bildirib. O, təklif olunan islahatları bir şeyin dəyişəcəyi kimi qələmə vermək cəhdi olduğunu, eyni zamanda hər şeyi əvvəlki kimi qaldığını
iddia edir.

"Medvedevə digərlərinin o qədər də lazım olmayan məsələlərlə məşqul olduğu vaxt sakitcə kənarda oturub seyr etmək sərf edir". Bunu Kremldə Financial Times qəzetinə Kremdə ki, bir mənbə deyib. Onun sözlərinə görə, keçmiş baş nazirin Təhlükəsizlik Şurası sədrinin müavini təyin olunması cəzifə artımı olmasa da, Medvedevin siyasi gələcəyini qorumağa kömək edir.

Yanvarın 15-də, Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində bir sıra konstitusiya dəyişikliklərinə ehtiyyac olduğunu açıqladıqdan sonra, Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət istefa etdiyini açıqladı. Yeni baş nazir Mixail Mişustin təyin edildi.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu