ƏSAS SƏHİFƏ Dünya Dünya yeni ölümcül virusun astanasında -ALİMLƏR HƏYACAN TƏBİLİ ÇALIR

Dünya yeni ölümcül virusun astanasında -ALİMLƏR HƏYACAN TƏBİLİ ÇALIR

Şiddətli sətəlcəmə səbəb olan daha əvvəl naməlum koronavirus Çində sürətlə yayılmağa davam edir. Hazırda yoluxanların sayı 200 nəfərə çatıb.Analoq.az xəbər verir ki, Çin rəsmilərinin bildirdiyinə görə artıq üç nəfər dünyasını dəyişib, xəstəxanaya yerləşdirilib. 40-dan çox insanın vəziyyəti ağırdır.

Virus dekabr ayının sonunda Çinin mərkəzində Uhan şəhərində aşkar edilib. Yoluxmanın ilk halları dəniz məhsulları, eyni zamanda toyuq, dovşan və hətta yarasalar satan yerli topdansatış bazarı ilə əlaqələndirilir.

Hökümət yeni virus barədə dərhal Dünya Səhiyyə Təşkilatına məlumat verdikdən sonra bazar bağlanmağına nail olub. Qeyd edək ki, koronavirus hadisələri daha sonra Şençjen və Pekində də aşkarlanıb.

Xəstələr ilə təmasda olan bütün insanlar xəstəliyin nəzarətsiz yayılmasının qarşısını almaq məqsədi ilə hərtərəfli yoxlama və karantindən keçirlər.

Qonşu ölkələr Çindəki vəziyyətdən narahatdırlar. Yaponiyada, Tailandda və Cənubi Koreyada naməlum sətəlcəm xəstəliyinin ortaya çıxdığına dair məlumatlar var.Lakin ölkələrdə hələ ki, virus çox az adamda rast gəlinib.

Analoq.az

скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu