ƏSAS SƏHİFƏ Dünya Rusiyadan İrana təklif : "Ehtiyyatlı olmaq lazımdı"

Rusiyadan İrana təklif : "Ehtiyyatlı olmaq lazımdı"

Rusiya İrana nüvə silahının yayılmaması sazişindən çıxmamağı təklif edib.Analoq.az "RİA Novosti" -yə istinadən xəbər verir ki,bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

Onun sözlərinə görə, Tehran tələsik addım atmamalı və müqavilədən geri çəkilməməlidir. Ryabkov hesab edir ki, nüvə sazişinin bütün tərəfləri "diqqətli və ehtiyyatlı olmalıdırlar".

Bundan əvvəl Press TV portalı, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin, BMT Təhlükəsizlik Şurasının üzvlərinin İranın nüvə problemini müzakirə edəcəyi təqdirdə, Tehranın sazişdən çıxacağı ilə təhdid etdiyini bildirmişdi. Onun fikrincə, bu, müntəzəm sanksiyaların tətbiq olunmasına səbəb ola bilər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu