ƏSAS SƏHİFƏ Dünya Beynəlxalq mafiyanın azərbaycanlı “bankir"i yaxalandı - VİDEO

Beynəlxalq mafiyanın azərbaycanlı “bankir"i yaxalandı - VİDEO

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi beynəlxalq cinayətkar qruplaşmanın “bankiri” olan Azərbaycan vətəndaşını saxlayıb.

Əməliyyat yanvarın 15-də keçirilib.

Milli Təhlükəsizlik Komitəsinin Nur-Sultan şəhəri üzrə departamenti xüsusi təyinatlı “A” dəstəsinin döyüşçülərinin dəstəyi ilə Azərbaycan vətəndaşını saxlayıb.

Həmin şəxsin adı açıqlanmır, o transmilli cinayətkar sindikatın fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur.

“Saxlanılan şəxs pul vəsaitlərinin transmilli cinayətkar şəbəkənin Türkiyədə olan liderlərinə köçürməklə məşğul olub”,-açıqlamada deyilir.

Bildirilir ki, maliyyələşmə yerli sahibkarlardan reket yolu ilə toplanan pullar hesabına olub. Saxlanılan şəxs istintaq təcridxanasında saxlanılır, istintaq tədbirləri aparılır.virtualaz
[media=http://]
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu