ƏSAS SƏHİFƏ Dünya Eks prezidentin başı dərddədi:"Ona olunan təzyiqlərin mənbəyi bəlli oldu"

Eks prezidentin başı dərddədi:"Ona olunan təzyiqlərin mənbəyi bəlli oldu"

Son zamanlar Ukraynanın eks prezidenti Pyotr Poroşenkonun başı dərddədir.Analoq.az xarici mətbuata istinadən verdiyi xəbər verir ki, Ukraynanın Dövlət Təhqiqat Bürosunda şokolad şefinin məcburi dindirilməsi üçün sənədlər hazırlanır.

İstintaq şöbəsinin müdiri bildirib ki, 16 cinayət işində adı hallanan Poroşenko yanvarın 21-də yenidən dindirilmək üçün dəvət olunsa da dindirilmədə iştirak etmədi.

Xatırladaq ki, Ukraynanın keçmiş liderinin vəkili İqor Qolovan əvvəllər Dövlət Təhlükəsizliyi Bürosuna şahid qismində üç cinayət işində dindirilmə üçün çağırış almağa gəldiyini söyləmişdi. İstintaq Minsk sazişləri, Kerç boğazında dənizçilərin işi və məhkəmə islahatları ilə bağlıdır.

Müdafiə tərəfi çağırışların 24 və 31 yanvara, fevralın 11-nə olduğunu, amma 21 yanvara sorğuya çağırış olmadığını vurğulayıb. Qolovan əlavə edib ki, Poroşenko ləğv etməli olduğu planlaşdırılan iş səfərlərinə baxmayaraq, dindirilmək üçün gəlməyi planlaşdırır.

Avropa Həmrəyliyi Partiyası dindirmələrin Poroşenkoya qarşı Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin ofisindən siyasi təzyiq olduğunu iddia edir.


Analoq.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu