ƏSAS SƏHİFƏ Dünya Tramp Davosda Avropanı ABŞ-dan nümunə götürməyə çağırdı

Tramp Davosda Avropanı ABŞ-dan nümunə götürməyə çağırdı

Davosdakı Dünya İqtisadi Forumunda Donald Trump, Avropanı ABŞ-dan nümunə götürməyə - xarici siyasət və ticarət strategiyalarını hazırlayarkən öncə öz xalqlarının maraqları barədə düşünməyə çağırıb.

Analoq.az xəbər verir ki, Tramp ABŞ administrasiyasının "Amerika hər şeydən öncə" doktrinasının tətbiqi sayəsində ÜDM-in artmasına və işsizliyin azalmasına nail olduğundan danışıb.

Baxmayaraq ki, bu, bir sıra iqtisadi münaqişələrə səbəb olub. Əvvəla, Çin ilə, bu ölkə ilə demək olar ki, iki il davam edən ticarət döyüşlərindən sonra bu yaxınlarda barışıq əldə edildi.

"Razılaşmamızın birinci mərhələsi çərçivəsində Çin əqli mülkiyyəti qorunması üçün əhəmiyyətli öhdəliklər götürdü, Amerika texnologiyalarının mənimsənilməsini dayandıracağına söz verdi. Əgər biz əlavə rüsumlar tətbiq etməsə idik bütün bunlar mümkün olmazdı. Bu vəziyyətdə belə bir addım atmalı idik, digərlərində də edə bilərik. "

Hazırda ABŞ Avropanı sanksiyalarla təhdid edir. Amerika Avropadan "Türk axını" və "Şimal axını-2" kəmərləri əldə Rusiyadan etdikləri enerjini Amerikanın enerjisi ilə dəyişməyə məcbur etmək istəyir.

"Böyük bir gələcək qurmaq naminə şanlı keçmişimizin gücünə güvənəcəyik. Birlikdə xalqlarımızı daha güclü, ölkələrimizi daha etibarlı, mədəniyyətlərimizi daha zəngin, xalqımızı daha azad və dünyanı daha da gözəlləşdirəcəyik" - bu sözləri Amerika prezidenti deyib.

Trump, Birləşmiş Ştatların Davosun dünyada bir trilyon ağac əkmək təşəbbüsünə qoşulacağınıda söyləysədə, Qreta Tunberq və onun tərəfdaşlarını tənqid edib. Düzdü o, Tunberqin adını çəkməyib, lakin çıxışında sözlərinin ona yönəldiyi aydın sezilib: "Biz bir trilyon ağac əkmə kompaniyasına qoşulur. Lakin, bunların çıxışları boşdur. Dünyada elədə böyük təhlükə qarşısında deyil. Sadəcə bu adamlar bütün prosesləri özləri idarə etmək istəyirlər".

ABŞ prezidentinin çıxışına Qreta Turnberq cavab olaraq bildirib ki, ölkə rəhbərləri ancaq iqtisadi xeyri güdürlər. Gənc aktivist hər kəsi gələcək nəsili düşünməyə çağırıb: " 1 trilyon ağac əkməj yaxşıdır, amma bu yetərli deyil. Bu dəqiqədən etibarən təbii yanacağın əldə edilməsi dərhal dayandırılmalıdır. Biz bunun gələcək illərdə yox məhz indi olmasını istəyirik. Əks-halda çox gec olacaq. Siz yalnız iqtisadi gəlirləri düşünürsünüz. Amma ilk növbədə uşaqlarınıza qoyub gedəcəyiniz dünyanı düşünməlisiniz. Əks-halda alov içində yanan bir planet buraxacaqsız bizə".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu