ƏSAS SƏHİFƏ Dünya İspaniyada təbii fəlakət ölkəyə ciddi ziyan vurdu-"Bu bir kabusdur"

İspaniyada təbii fəlakət ölkəyə ciddi ziyan vurdu-"Bu bir kabusdur"

"Qloria" fırtınası nəticəsində İspaniyada ən azı doqquz nəfər ölüb, dörd nəfər itkin düşüb. Analoq xarici mətbuata istinadən xəbər verir ki,Kosta-Brava sahilində yerləşən Tossa-de-Mar kurort şəhərinin küçələrində bir metr uzunluğunda dəniz köpüyü meydana gəlib.Mağaza və restoranlar bağlanıb.220 min insan elektriksiz qalıb. Kataloniya və Valensiyada 170 min şagird məktəbə getməyib.

Küləyin sürəti saatda 133 km-ə çatır, sel, leysan və güclü qar yağır. 27 əyalətdə çətin hava şəraiti ilə əlaqədar ölkənin şimal-şərq bölgələrində təhlükə səviyyəsi "qırmızı"ya qədər artıb.

Bunun fonunda, İspaniya hökuməti " fövqəladə iqlim vəziyyəti" elan edib və qlobal istiləşmə ilə mübarizə üçün otuza yaxın tədbir görəcəyinə söz verib.

Şəhərdə yerləşən kafelərdən birinin sahibəsi deyib ki,bu və ya digər şəkildə, sahildəki bütün müəssisələrə zərər dəyib. Bu bir kabusdur. Baş verənləri izah etmək üçün ən uyğun sözdür.

Meteoroloqların fikrincə, bu gün "Qloria" intensivliyini itirməyə başlayacaq, lakin yenə də son zərbəni vura bilər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu