Fransa nüvə enerjisi istehsalını tədricən azaldır




Bu ilin fevral və iyun aylarında ölkənin şimal-şərqində yerləşən Fassexaym Atom Elektrik Stansiyasındakı iki ən köhnə reaktor bağlanacaq.Analoq.az xarici mətbuat istinadən xəbər verir ki, hakimiyyət 2035-ci ilə qədər 14 nüvə reaktorunu bağlamaq və nüvə enerjisinin payını 70 faizdən 50 faizə endirmək niyyətlərini təsdiqləyib.

Fransa nüvə enerjisindən tamamilə imtina etməyə hazır deyil, amma iqlim dəyişikliyi ilə mübarizə üçün bərpa olunan enerji mənbələrindən istifadənin payının artırılmasında maraqlıdır.

Hökumət bioqazla əlaqəli layihələr üçün əlavə bir milyard səkkiz yüz milyon avro ayırmaq və dənizdəki külək turbinləri tərəfindən istehsal olunan enerjinin miqdarını 40 faiz artırmaq niyyətindədir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi