ƏSAS SƏHİFƏ Dünya Acundan zəlzələ qurbanlarına 51 milyonluq yardım - Nazirlərdən pul topladı

Acundan zəlzələ qurbanlarına 51 milyonluq yardım - Nazirlərdən pul topladı

"TV8" kanalının və “Acun Medya”nın rəhbəri Acun Ilıcalı Elazığdakı zəlzələdə zərər görənlər üçün yardım kampaniyası təşkil edib.
Kanalında “Tək Ürək” adlı veriliş yayımlayan Acun 5 saat sonunda 51 milyon lirədən (14 milyon 575 min 800 AZN) çox pul yığıb.

Xeyriyyə kampaniyasına tanınmış iş adamları, siyasətçilər, idmançılar, mədəniyyət üzvləri qoşulublar. Xarici İşlər naziri Mövlud Çavuşoğlu da canlı yayıma bağlanaraq bir aylıq maaşını (26 min lirə yəni, 7430 AZN) bağışlayıb. Həmçinin o, xanımı Hülyanın da öz maaşını zərərçəkənlərə verdiyini açıqlayıb.

Daxili İşlər naziri Süleyman Soylu da oxşar addım ataraq bir aylıq maaşı olan 20 min lirəni (5716 AZN) bağışlayıb.

“Kazancı Holding”in rəhbəri Cemil Kazancı isə 2 milyon lirə (571 min 600 AZN) miqdarında yardım ayırıb.

Acun TV 8-in 26 yanvar tarixində əldə etdiyi reklam gəlirlərinin də ümumi məbləğə əlavə olunacağını bildirib.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu