ƏSAS SƏHİFƏ Dünya SON DƏQİQƏ: Türklərə dəhşətli hücum - Çox sayda ölü və yaralı var (YENİLƏNDİ)

SON DƏQİQƏ: Türklərə dəhşətli hücum - Çox sayda ölü və yaralı var (YENİLƏNDİ)

Almaniyanın Hessen əyalətinin Hanau şəhərində 2 kafeyə edilən hücum zamanı ölənlərin sayı 11-ə çatıb.

Publika.az xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

***

09:37

Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.

Qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.

Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.

Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.

“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.

Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.

Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu