Səfir geri çağırıldı



Yunan səfiri Andreas Friqanas yaxın vaxtlarda vətənə qayıdacaq. Qərarı Yunanıstan Xarici İşlər Nazirliyinin başçısı Nikos Kotzias şəxsən qəbul edib.Mənbə əlavə edib ki, Moskvaya başqa səfiri göndərəcəklər, amma bunun nə vaxt olacağı hələ dəqiq deyil. Agentliyin yunan diplomatik dairələrindəki həmsöhbəti də bu məlumatları təsdiq edib.

Xatırladaq ki, iyulun 11-də Afina iki Rusiya diplomatını ölkədən deportasiya edib. Onlar dövlətin daxili işlərinə müdaxilədə və Yunanıstanın milli təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlərdə ittiham olunur.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva bu addıma adekvar cavab verəcək

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi