Bizi izləməyi unutmayın

#Dünya

Maksim Yusin:"Qarabağ problemini hər halda həll etmək lazımdır"

25-09-2018, 15:35 | 5412 dəfə baxılıb.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan sabah sentyabrın 26-da Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər. Bu görüş Ermənistanın Baş naziri Nikol Paşinyanın bir-birinə zidd və qızışdırıcı bəyanatlarla çıxış etdiyi, nəticədə rəsmi Bakının səbrini daşırdığı bir vaxtda baş tutur.Virtualaz.org xəbər verir ki, “Kommersant” qəzetinin şərhçisi Maksim Yusin bu görüşü və tərəlflərin hansı şərtlərlə Qarabağ dalanından çıxa biləcəklərini şərh edib.

Şərhçiyə görə hazırda ilk baxışdan belə görünür ki, Qarabağ məsələsinin həlli üçün dialoq aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistanın yeni rəhbərliyini Qarabağ məsələsi az maraqlandırır, Nikol Paşinyanın başı hakimiyyətini möhkəmləndirməyə qarışıb. Onun əsas vəzifəsi ölkə daxilindəki opponentlərini sıradan çıxarmaq, onların revanşına imkan verməmək, parlament seçkiləri keçirmək və öz tərəfdarlarının qələbəsini təmin etməkdir.

“Deməli Qarabağ məsələsinin Paşinyana hələlik dəxli yoxdur. Bu problem həddən artıq ağrılıdır, həssasdır, seçkilər ərəfəsində isə olduqca təhlükəlidir. Çünki istənilən nizamlama planı kompromisləri nəzərdə tutur, siyasi rəqiblər isə dərhal bundan istifadə edərdilər. Onlar kompromisləri yoverilməz güzəştlər, kapitulyasiya, milli maraqların satılması kimi qiymətləndirəcəklər”- şərhçi deyir.

Maksim Yusinə görə şans ancaq seçkilərdən sonra yarana bilər. Əgər Paşinyan öz planlarını reallaşdıra bilsə, o zaman ictimaiyyətə populyar olmayan, amma həyati vacib kompromislərin zəruriliyini çatdıra bilər.

“Ona görə ki, uzunmüddətli perspektivdə Qarabağ problemini hər halda həll etmək lazımdır, bu isə ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Çünki vaxt onun əleyhinə işləyir. İqtisadi planda Azərbaycan güclənir, ambisioz beynəlxalq nəqliyyat və energetika layihələrində iştirak edir, öz ordusu üçün müasir silahlar alır. Ermənistan isə yarımblokada şəraitində yaşayır, nefti, qazı yoxdur, iqtisadi və hərbi planda getdikcə daha çox geriləyir” - rusiyalı şərhçi bildirir.

Maksim Yusinə görə belə davam etsə nə vaxtsa Azərbaycan hakimiyyəti öz ordusunun texnoloji üstünlüyündən istifadə edib Qarabağ məsələsini güc yolu ilə həll etmək fikrinə düşə bilər. Müsair, təmassız müharibədə isə ermənilərin 25 il əvvəl nümayiş etdirdikləri yüksək döyüş keyfiyyəti və mənəvi ruh faydasız ola bilər.

“Kommersant”ın şərhçisi deyir:

“Bu situasiyada İrəvan üçün yeganə xilas yolu KTMT üzrə müttəfiqi Rusiyanın mövqeyidir. Lakin əgər Moskva Azərbaycan hakimiyyətini hərbi ssenaridən imtina etməyə inandıra bilsə belə iqtisadi, geosiyasi planda Ermnistan istənilən halda dalanda qalacaq. Bu dalandan çıxış yolunu axtarmaq lazımdır”.

Şərhçinin fikrincə, vəziyyətdən çıxış yolu kənar müşahidəçilər üçün mövcuddur: ermənilər Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarır, Bakı isə öz növbəsində bu separatçı vilayətin xüsusi statusunu tanıyır, bununla razılaşır ki, regionun erməni əhalisi Azərbaycanın idarəetməsi altına qayıtmayacaq.

“Bu hüquqi baxımdan necə rəsmiləşdiriləcək, Qarabağın xüsusi statusu necə olacaq onu Ermənistanla hansı dəhliz birləşdirəcək, hansı beynəlxalq sülhməramlı qüvvələr əldə edilmiş razılaşmanın həyata keçirilməsini təmin edəcək-bütün bunlar ayrıca danışıqların predmetidir. Belə danışıqları zamanla kimsə aparmalı olacaq, Paşinyan da olmasa onun varislərindən kimsə. Bakı hakimiyyəti üçün isə hesab edirəm ki, nə vaxtda Qarabağın qeyd-şərtsiz Azərbaycanın tərkibinə qayıtmalı olduğu barədə indiki dönməz mövqeyindən güzəştə getmək lazım gələcək. Çünki buna heç bir erməni rəhbəri, nə Paşinyan, nə başqaları kamikadzelik edib razı olmazdı” - Maksim Yusin deyir.

Şərhçi vurğulayır ki, kompromislər ancaq ikitərəfli olmalıdır. Və Bakı ilə Yerevanın bunu dərk edəcəkləri zamanı gözləmək qalır...

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet

Paşinyan:"Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Dünya

Şarmazanov:"Bu cür yumorlar Paşinyana baha başa gələ bilər"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət / #Dünya

Azərbaycan XİN Paşinyanın açıqlamalarına münasibət bildirib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının