Bizi izləməyi unutmayın

#Dünya

Rusiya konfliktin tam həllini istəmir-ABŞ rəsmisi

8-01-2019, 11:07 | 1102 dəfə baxılıb.

Qarabağ konfliktinin həllində ciddi dəyişikliklər baş verməyib. 2019-cu ildə gözlə görünəcək dəyişikliklər olmayacaq, amma Rusiya konflikt zonasında yeni toqquşmalar üçün provokasiyaya yol verəcək ki, hər iki tərəfə kimin bu məsələdə qərar qəbul edən olduğunu xatırlatsın. Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl deyib. Onun sözlərinə görə, Azərbaycan Moskva ilə mülayim yaxınlaşmaya cəhd edir.

O, Moskvanın Azərbaycandan nə isə ala biləcəyini anlayacağı təqdirdə Ermənistanı dərhal satacağını bildirib:

“Rusiya konfliktin tam həllini istəmir. Ona görə ki, bu halda o, İrəvan və Bakıya təsir rıçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, amma onun regionda konfliktin həlli üçün kifayət qədər resursu yoxdur.

İki fundamental dəyişiklik var ki, situasiyanı dəyişə bilər. Ermənistanda Moskvadan müstəqil olan yeni hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. Böyük ehtimalla Paşinyanın hələlik Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək üçün kifayət qədər gücü yoxdur. O, hər şeydən öncə daxili problemlərə diqqətini yönəldib. O, güclü Qarabağ lobbisinə zidd olan addımlar atmaq istəmir. Mümkündür ki, situasiya 1-2 il sonra dəyişsin. Moskva əgər İrəvanı öz mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə əmin olmuşam ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər. Bunun yalnız bir böyük “amma”sı var. Aydın olmayan odur ki, İlham Əliyev Dağlıq Qarabağın qaytarılmasına səbəb olsa belə hər şeyi Moskvaya verməyə hazırdırmı?”.

O, Kremlin Paşinyanı sevmədiyini, amma həm də Qərbin ağuşuna buraxmaq istəmədiyini deyib.

Qobl Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həllinin Vaşinqtona sərf etdiyini söyləyib: “Əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll edilsə, bu, ABŞ-a imkan verəcək ki, İranı daha çox təcrid etsin. Belə ki, Qarabağın həlli Tehranın Qafqaza siyasi təsir imkanlarının yox olması deməkdri. Moskva bunu başa düşür və buna görə də onun gerçəkləşməməsinə çalışacaq”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Siyasət / #Dünya

Rusiya rəsmisi: "Rusiya Ermənistanı heç vaxt tək qoymayacaq"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Dağlıq Qarabağ konflikti olduqca təhlükəli bir fazaya qədəm qoyub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Rusiya məğlub olacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının