Ərdoğan:"Fəratın şərqini yaxın vaxtlarda əmin-amanlığa qovuşduracağıq"



Türkiyə yaxın vaxtlarda həm İŞİD-in bilərəkdən sağ buraxılan artıqlarını, həm də ölkəmizə qarşı təlim keçən üzvlərini təmizləyəcək.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.“Türkiyə sadəcə terror qruplaşmalarının kökünün qurudulması üçün deyil, eyni zamanda atışmaların səbəb olduğu humanitar böhranların təsirlərinin zəiflədilməsi üçün də böyük əmək sərf edir. İŞİD-lə mübarizə bəhanəsilə silahlandırılan terrorçuların silahları ilə birlikdə Rakkadan çıxmasına icazə verdilər. Fəratın şərqini yaxın vaxtlarda əmin-amanlığa qovuşduracağıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, türk ordusu menbiç və Fəratın şərqini terrorçulardan təmizləmək üçün əməliyyat hazırlığını tamamladığını açıqlayıb.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi