Senatora bir neçə maddə ilə ittiham irəli sürülüb



Rusiyanın Qaraçay-Çərkəz Respublikasından olan Federasiya Şurasının üzvü, senator Rauf Araşukov parlamentin yuxarı palatasının iclası zamanı gözlənilmədən həbs edilib.“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 32 yaşlı parlamentari saxlanılaraq zaldan çıxarılıb. Federasiya Şurasının iclası mətbuat üçün qapalı elan edilib. Zala giriş isə Federal Mühafizə Xidmətinin əməkdaşları tərəfindən bağlanıb.

Araşukovun gizlənməsinin qarşısını almaq məqsədi ilə onun iclas zalında saxlanılmasına qərar verilib.

Senatora bir neçə maddə ilə ittiham irəli sürülüb. Bura eyni zamanda, cinayətkar qruplaşma təşkil etmək, iki nəfərin qətli və daha bir nəfərin sağlamlığına ağır zərər vurma daxildir.

Araşukovun toxunulmazlığının ləğvi ilə bağlı qərar Federasiya Şurasında yekdilliklə qəbul edilib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi