Terrorçunun nəşi ABŞ-dan İrəvana gətirildi




Növbəti terrorçunun nəşi İrəvana gətirildi. Söhbət erməni saytlarının təbirincə desək, terrorçu ASALA təşkilatının “mənəvi atası” sayılan Qurqen Yanikyandan gedir.

Analoq.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu məlumat yayıb. O bildirib ki, bu şəxs 78 yaşında Türkiyənin ABŞ-ın Santa-Barbara şəhərindəki konsulluğuna daxil olaraq konsulu və onun köməkçisini qətlə yetirib:

“Amerika vətəndaşı olan Yanikyan ömürlük həbs cəzasına məhkum olunub, 1984-cü ildə həbsxanada ölüb. Yəni adam terrorçudur və bu terrorçunun nəşini böyük təmtəraqla İrəvana gətiriblər. Mayın 5-də nəşinin basdırılması mərasimi keçiriləcək. Ermənistanda buna hazırlıq gedir. Bugündən başlayaraq erməni saytlarında terrorçu haqqında tərifli yazılar yayımlanır”.

Politoloq analitik işə məsul rəsmi şəxslərə də müraciət edib:

"Mayın 5-nə biz də hazırlaşmalıyıq. Terrorçunun nəşini böyük təmtəraqla Ermənistana gətirən və onun haqqında utanmadan “ASALA-nın mənəvi atası” başlıqları atan düşüncə tərzini beynəlxalq aləmdə ifşa etmək lazımdır. Təəssüf ki, Türkiyədən də səs çıxmır. Terrorçu türk diplomatları qətlə yetirib, ondan qəhrəman obrazı yaradırlar”.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi