Bu qruplaşmanı darmadağın edən ilk ölkəyik - Ərdoğan






Biz NATO-dakı dostlarımızın müttəfiqlik ruhuna əməl etmələrini, təşkilatın prinsiplərinə uyğun davranmalarını gözləyirik.Analoq.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ankarada keçirilən “NATO Şurası və NATO Aralıq dənizi Tərəfdaşlığı Dialoqu” konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Hazırda beynəlxalq təhlükəsizlik sistemində ciddi fəsadlar yaranıb və Şimali Atlantika Alyansı ölkələrini təhdid edən terror aktlarının sayı getdikcə artmaqdadır. Ankara son səkkiz ildə Suriyadan gələn terror təhlükəsinin qarşısını almağa, qeyri-leqal miqrasiyanın ağır nəticələrini aradan qaldırmağa səy göstərir. Türkiyə İŞİD təhlükəsini neytrallaşdırmaq məqsədilə “Fərat qalxanı” adlı genişmiqyaslı hərbi əməliyyat keçirib və terrorçu qruplaşmanı darmadağın edən ilk NATO ölkəsi olub", - Ərdoğan qeyd edib.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi