ABŞ-Çin savaşı: kim daha çox zərər görəcək?



ABŞ-ın Çindən idxal edilən malların gömrük rüsumunu qaldırması ən çox onun özünə zərər verəcək.

Analoq Az xəbər verir ki,bu sözləri Axar.az-a ABŞ-ın Çindən idxal etdiyi məhsullara əlavə gömrük vergiləri tətbiq etməsinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu hadisə dünya bazarlarına çox mənfi təsir göstərəcək:

“ABŞ-ın Çin mallarının gömrük vergisini artırması bazarlarda yeni maneə dalğası effekti yaradacaq. Bu da iqtisadi inkişafı ləngidən, ticarət dövriyyəsini azaldan amilə çevrilə bilər və çox ciddi nəticələr doğurar. Əgər iki ölkə arasında razılaşma olmasa, qiymətli kağızlar bazarında çox böyük təlatümlər baş verə bilər. Çin tərəfdən də rüsumların qalxması dünya ticarətində tarazlığın pozulmasına gətirib çıxarar. Bu, çox populist addımdır və hesab edirəm ki, bununla bağlı dünyada müzakirələr aparılacaq. ABŞ bazarlarında Çindən gələn təqribən 560 milyard dollarlıq məhsul olur və bu məhsulların əvəzedicisi yoxdur. ABŞ-da işçi qüvvəsi çox bahadır və orda istehsal olunan bir paltar Çin istehsalından 5-6 dəfə bahadır. Təbii ki, bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Tramp Çinlə mübarizə apardığın düşünür, lakin ən böyük ziyan sadə vətəndaşlara dəyəcək. Ölkəyə gətirilən malların rüsumu qalxdıqda qiymətlər də qalxacaq. Ümumiyyətlə, hər iki ölkə arasında olan ticarət müharibələrinin cəzasını sadə vətəndaşlar çəkəcək”.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Çindən idxal etdiyi məhsulların gömrük vergisini 10 faizdən 25 faizə qədər artırıb.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi