İranda əmindilər ki, ABŞ-ın təyyarədaşıyan gəmisi Fars körfəzinə girməyə qorxub



ABŞ-ın hərbi dəniz donanmasına məxsus "Avraam Linkoln" təyyarədaşıyan gəmisi Fars kğrfəzinə daxil olmayaraq Ərəbistan dənizində lövbər salıb. Bu haqda Tasnim agentliyi məlumat yayıb.
Bu arada ABŞ Prezidenti Donald Tramp İranı yenidən danışıqlar masası arxasına dəvət edib. Ağ evdə keçirdiyi mətbuat konfransında jurnalistin “İran ilə hərbi toqquşma gözlənilirmi”? sualını cavablandıran D.Tramp bildirib ki, “Mən yox demək istərdim. Lakin İranın özünü necə aparmasından çox şey asılıdır”.
"İran İslam Respublikası müharibə təşəbbüsçüsü olmayıb və olmayacaqdır. Amma ölkənin silahlı qüvvələri bu günə qədər bu gücdə olmayıb. Ona görə də düşmənin hər həmləsinə duruş gətirəcək qüvvədədir. ABŞ və onun müttəfiqləri bu barədə yaxşı məlumatlandırılıb." — İranın Hətbi qüvvələrinin sözçüsündən sitat gətirən agentlik bir çox məqamlara aydınlıq gətirib.
İranın dini lideri Ayətulla Seyid Əli Xəmaneyi də qeyd edib ki, Tehran Vaşinqtonun təzyiqinə boyun əyməyəcək, antiiran kursuna sipər olacaqdır.

Tasnimin materialları əsasında hazırladı:
Əzim Cavanşir
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi