Tanış olun: Laxluxlar-ARAŞDIRMA



Laxluxlar qədim zamanlardan bəri Kürdistan deyilən coğrafi bölgədə yaşayan yəhudilərə deyilir. Bir çox tarixi ədəbiyyatda bu etnosu Kürdüstan yəhudiləri də adlandırılır. Daha öncə onlara Assuriya yəhudiləri deyilirdi. Mədəniyyətləri və geyim tərzləri müsəlman kürdlərə bənzəyirlər. Dilləri Yəhudi-aramey ləhcəsidir. Cənubi Azərbaycanda Azərbaycan türkcəsində danışırlar. Laxluxlar öz dillərini "lişna yeudiya" ("Yəhudi dili") adlandırırlar.
«Lixlux» ivritcə palçıq, kir, pas anlamındadır. Bu adlandırma guya onların təmiz qanlı yəhudi olmadıqları ilə bağlıdır. Hələlik bu hipoteza öz təsdiqini tapmayıb.
Laxluxlar özlərini "Srel" adlandırırlar. Bu da İsrail sözünün təhrif biçimidir. Çox vədə özlərinə "anşey Tarqum" — "Tarqum xalqı" da deyirlər.
Ərəblər onları "Cəbəli" - dağlı adlandırırlar. Farslar da təxminən həmin anlamda qaraçı laxluxlara "Kuhli" deyirlər.
Laxluxlar İraq Kürdistanında 20 min, Süleymaniyyədə 2, 3 min, Zaxa, Akra və Ərbildə 3,2 min, Kərkükdə 4 min, Xanakində 2,8 min, İran Kürdistanında 12 min (Sənəndəc, Səkkiz, Kərənd), Qərbi Azərbaycan ostanında (Urmiya, Miyanduab) 500 nəfər, Türkiyədə (Urfa) 11 cəmiyyət, Suriyada (Qamışlı) 2 min nəfər olaraq yaşayırlar.
Bunlardan başqa laxluxlar Azərbaycanda (Bakı) və Gürxcüstanda (Tbilisi) az miqdarda siyahıya alınıb. 1951-ci ildə Tbilisinin laxluxlarının bir çoxu Stalinin əmri ilə Sibir və Qazaxstana köçürüldülər. Sürgün olunan kürdlərin hamısının pasportuna xalq düşməni möhürü vuruldu.
Laxluxlara qaraçıların arasında da rast gəlinir.
Laxluxlar 1950-ci illərdən başlayaraq İsrailə edilən köçlərə qədər qapalı bir toplum olaraq dövran sürdülər.
Etnik tarixləri haqqında müxtəlif mülahizələr var. İnanışa görə, bizim eradan əvvəl VIII əsrdə assuriyalıların İsraili fəth etməsiylə Kürdistan bölgəsinə yerləşən İsrailoğulları bir müddət sonra Assuriyanın paytaxtına yerləşdirildilər.[ Encyclopedia Judaica'da Roth C s. 1296-1299 (Keter: Jerusalem 1972)] Bizim eradan əvvəl 1 əsrdə paytaxtı Arbəla (Ərbil) olan Adiabene sülaləsi yəhudiliyə keçdi.[ Encyclopaedia Judaica'da "Irbil/Arbil" məqaləsi] Orta Çağın yəhudi əslli səyyahları olan Tudelalı Benyəmin və Reqensburqlu Pethahiahın xatıratlarına görə XII əsrdə bölgədə 100 civarında yəhudilərə aid yaşayış məntəqəsi və xeyli miqdarda yəhudi vardı. Ayrıca Tudelalı Benyəmin o dönəmin İran hökmdarına meydan oxuyan məsihvari lideri David Alroydan və onun yəhudiləri Qüdsə geri götürmə planlarından bəhs edir. Bu səyyahlar Kürdistan yəhudilərinin ticari və ruhani mərkəzi olan Mosulda varlı yəhudi camaatından da söhbət açır. Səlibçi səfərlərindən qorxan Suriya və Fələstindəki yəhudilər Babil və Kürdistana qaçdılar. Bu sıralarda Mosul yəhudilərin idarəsindəydi. [Ora Schwartz-Be'eri, The Jews of Kurdistan: Daily Life, Customs, Arts and Crafts, UPNE publishers, 2000, s.26]
1590 və 1670-ci illər arasında yaşayan və ravvin Samuel Barzaninin qızı olan Asenath Barzani Tora, Talmud və Kabala bilgisi sayəsində məşhurluq qazandı və yəşivada müəllimlik edən ərinin ölümüylə Tora mövzusunda baş müəllim elan edildi. Beləcə adına qadınlar üçün söylənən "Talmud alimi" anlamına gələn tannait ünvanı əlavə edildi; Tanrının gizli adlarını bildiyi zənn edilir. [Sally Berkovic, Straight Talk: My Dilemma As an Orthodox Jewish Woman, KTAV Publishing House, 1999, s.226] Tannait Asenath ayrıca yazdığı şeirləri və İbrani dili üzərinə apardığı araşdırmalarıyla da tanınır. Asenathın şeirləri qadın əliylə yazılmış ilk modern İbranicə əsərlərin nadir örnəklərindəndir. [Shirley Kaufamn, Galit Hasan-Rokem, Tamar Hess, Hebrew Feminist Poems from Antiquity to the Present: A Bilingual Anthology, Feminist Press, 1999, s.7,9]
Alikuşdakı peyğəmbər Nahumun, Nabi Yunisdəki peyğəmbər Yonanın və Kərkükdəki peyğəmbər Danyalın türbələri İraqdakı ən önəmli yəhudi məbədləridir. Ayrıca peyğəmbər İlyasın ziyarət etdiyinə inanılan mağaralar da laxluxlar üçün önəmli məkanlardır.

Ənvər Çingizoğlu


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi