Əsəddən kritik açıqlama: Fidanla görüşdük, Ərdoğanla da görüşəcəyik



Türkiyə mətbuatında bildirilir: Suriya prezidenti Bəşər Əsəd Tehranda Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının şefi Hakan Fidan ilə görüşdüklərini və eyni şəkildə Ərdoğan ilə də görüşməyə açıq olduqlarını açıqladı.
Əsəd Suriya heyəti ilə Hakan Fidanın öncə İranın paytaxtı Tehranda görüşdüklərini, daha sonra isə Kəsəb Sınır Qapısında yenidən bir araya gəldiklərini bildirdi. Əsəd: Əgər Suriyanın mənfəəti barəsində olacaq və suverenliyimizə zərər verməyəcəksə Ərdoğan ilə də görüşə bilərik ifadələrini işlətdi.
Əsədin Türk əməkdaşlar ilə ilgili "Ölkəmizdə nələr olduğunu Türk siyasətçilərindən daha yaxşı anlayırlar" dediyi xəbər verilir, "Türkiyə ilə işbirliyinə açığıq" deyimi yayılır.
Bu ilin 8 may tarixində jurnalistlər ilə bir araya gələn Əsədin, ona yönəldilən suallara qarşı Türkiyə ilə yalnızca İran və Rusya üzərindən deyil, birbaşa da görüşdüklərini, bu görüşmələrin ən önəmlisinin isə Türkiyənin Xatay vilayəti ilə sərhədd olan Suriyanın Lazkiyə bölgəsində olan Kəsəb Sınır Qapısında gerçəkləşdirdiyi cavabını verdiyi bildirildi.

Toplayıb tərcümə etdi: ƏZİM CAVANŞİR

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi