Malayziyanın keşmiş kralı vəfat etdi



Malayziya kralı Sultan Abdullahın atası və ölkənin 7-ci kralı Sultan Əhməd şah 88 yaşında vəfat etdi.
Ölüm xəbərini verən Pahang əyalət lideri Van Rosdi Van İsmail, Sultan Əhməd şahın bir müddətdir müalicə aldığı xəstəxanədə bu sabah yerli saatla 08.50də hayatını itirdiyini açıqladı.

Baş nazi müavini Van Əzizah Van İsmail, Sultan Əhməd şahın vəfatının ardından sosial media hesabında təziyə mesajı paylaşdı.
1930-cu ildə Pahang əyalətində doğulan Əhməd şah, 1974-cü ildə əyalət krallığı taxtını atası Sultan Əbu Bəkirdən almışdı.
Əhməd şah, Malayziya krallığının 9 əyalət arasında bölüşdürülməsindən sonra 1979-cu ildə ülkənin 7-ci kralı olmuşdu. Malayziya krallığı vəzifəsini 1984-cü ilə qədər daşıyan Sultan Əhməd şah, daha sonra əyaləti Pahangın krallığına davam etmişdi.
Toplam 45 il əyalət kralı olan Sultan Əhməd şahın, 15-ci Malayziya kralı Sultan Məhəmmədin yanvar ayında istefa etməsinin ardından ülkə krallığı üçün təkrar sırası gəlmişdi.

Qoca olması səbəbiylə Malayziya krallığı vəzifəsini istəməyəcəyini bildirən Sultan Əhməd şah, ölkə krallığı məqamına keçməsi üçün Pahang krallığı məqamını 15 yanvarda oğlu Abdullaha buraxmışdı.

ƏZİM CAVANŞİR


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi