Pompeo ərəb dövlətlərinə silah eksportunu sürətləndirir - İrana görə





ABŞ Dövlət katibi Mayk Pompeo Dövlət Departamentinə İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə İrana qarşı fəaliyyət üçün 8,1 milyard dollarlıq silah satışına izn verilməsi barədə tapşırıq verib.

Analoq.az xəbər verir ki, bu məlumatı Pompeonun özü yayıb.

Belə ki, söhbətin bu ölkələrlə imzalanmış 22 başa çatmamış müqavilədən getdiyi vurğulanıb. Pompeo Dövlət Departamentindən təcili bununla bağlı prosesi digər rəsmi orqanlarla bitirməyi tapşırıb:

“Bu satışlar bizim müttəfiqlərimizi gücləndirəcək, Yaxın Şərqdə stabilliyi möhkəmləndirəcək. Bu həmçinin bu ölkələrə İrandan müdafiəyə kömək edəcək”.

axar.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi