İsrail prezidentinin arvadı öldü



İsrail Prezidenti Reuven Rivlinin həyat yoldaşı Nehama Rivlin vəfat edib.

Analoq.az-ın məlumatına görə, N.Rivlin son illər ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Bu ilin martında Nehama Rivlin ağciyər transplantasiyası ilə əlaqədar əməliyyat keçirmişdi.

Bununla bağlı olaraq, prezident Reuven Rivlin Kanadaya səfərin yarımçıq qoyaraq İsrailə qayıtmışdı.

İsrail baş naziri Benyamin Netanyahu prezidentə baş sağlığı verib.

İyunun 5-də Nehama Rivlinin 74 yaşı olacaqdı.

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi