Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat etdi



Misirin sabiq prezidenti Məhəmməd Mursi az əvvəl Qahirədə vəfat edib.

O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.

2012-ci ildə demokratik yolla seçilən ilk Misir Prezidenti olan Mursi 2013-cü ildə orduya rəhbərlik edən general Sisi tərəfindən devrilərək həbsə atılıb. Türkiyə və Qətərin dəstəklədiyi ‘Müsəlman Qardaşları’ hərəkatının təmsilçisi olan Mursi Hüsnü Mübarək dövründən sonra Misirdə azad seçkilərlə hakimiyyətə gəlib. Lakin qısa müddət sonra İsrail və Səudiyyənin dəstəklədiyi general Sisi hakimiyyəti ələ keçirərək prezident olub. Kütləvi qarşıdurmalarda yüzlərlə insan ölüb, Mursinin minlərlə tərəfdarı və özü həbs edilib.

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi