Cənubi Kiprin sabiq prezidenti Dimitris Xristofias öldü



Cənubi Kiprin sabiq liderlərindən Dimitris Xristofias, Cənubi Kiprdə müalicə aldığı xəstəxanada vəfat etdiyi öyrənildi.

Cənubi Kipr respublikasının sabiq prezidentlərindən 72 yaşındakı Dimitris Xristofias, Cənubi Kiprdə müalicə aldığı Lefkoşa Ümumi xəstəxanasında həyatını itirdi.

Şimali Kipr Türk Cumhuriyəti (KKTC) cumhurbaşkanı Mustafa Akıncı, həyatını itirən Kipr respublikası sabiq prezidenti və AKEL partiyasının sabiq baş katibi Dimitris Xristofias üçün başsağlığı verdi. Akıncı, sosial medya hesabından etdiyi açıqlamasında, "Uzun illər AKEL baş katibi vəzifəsində olmuş, Yunan idarəsinin sabiq liderlərindən Dimitris Xristofiasın vəfatını böyük bir üzüntü ilə öyrənmiş oldum. Ən başda yaslı həyat yoldaşı və ailəsinin, AKEL partiyasının və Kipr yunan toplumunun acısını paylaşıram" - dedi.

Dimitris Xristofias 29 avqust 1946-cı il tarixində Dikmən kəndində doğulmuşdu. Gənclik illərindən etibarən EDON və AKELdə aktiv rol daşıyan Xristofias, 1974-cü ildə Rusiyadaki ali təhsilini tamamlayıb Kiprə döndü. Cənubi Kipr siyasətində aktiv rol oynayan Dimitris Xristofias, AKEL baş katibi və deputat kimi bir çox vəzifə daşıdı. O, 22 fevral 2008-ci il tarixində baş tutan seçimin ardından yunan kəsiminin lideri, Cənubi Kiprin prezidenti oldu. Bu vəzifəni 28 fevral 2013-cü il tarixinə qədər davam etdirən Dimitris Xristofias, evli və üç uşaq atasıydı.

72 yaşında Dimitris Xristofias, bir müddətdir ciddi sağlıq problemləri səbəbi ilə Lefkoşa Ümimi xəstəxanasında müalicə alırdı.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi