İRANDAN XƏBƏRDARLIQ: ABŞ HÜCUM EDƏRSƏ...



İran Baş Qərargah sözçüsü sərtib Əbülfəzl Şikarçi, İrana qarşı ehtimal olunan hərbi hücumun nəticəsində biz də Vaşinqtonun bölgədəki mənfəətlərinə və müttəfiqlərinə "atəş atacağıq" - deyə söylədi.

İranın yarı rəsmi agentliyi Tesnimə danışan Şikarçi, İrana qarşı hücumun nəticələri mövzusunda xəbərdarlıq etdi.

Heç bir ölkəyə qarşı savaş başlatmayacaqlarını dilə gətirən Şikarçi, ancaq bizə qarşı hücumlara çox sərt cavab verəcəyik, deyə bildirdi.

ABŞ-ın hücumunun xəta olacağını bildirən Şikarçi, "Düşmən, ən kiçik bir xəta dəxi etsə, Orta və Qərbi Asiyada İranın ən böyük inqilab təsiriylə qarşılaşacaq və mütləq surətdə ayağa qalxa bilməyəcək. İran torpaqlarına bir güllə atılması, pis nəticəyə səbəb olacaq. ABŞ-ın bölgədəki mənfəətlərinə və müttəfiqlərinə "atəş atacağıq"- dedi.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi