Cənubi Koreyanın məşhur aktrisası intihar edib



Cənubi Koreyanın məşhur aktrisası Çon Mi Sun (Jeon Mi Sun) intihar edib.

Analoq.az The Korea Herald televiziyasına istinadən xəbər verir ki, iyunun 29-u aktrisa Şimali Colla şəhərinin Concu bölgəsindəki bir otel otağında ölü halda tapılıb.

Aktrisanın prodüsseri onu otel otağının hamamında tapıb və dərhal yardım istəyib. Cənubi Koreya fövqəladə hallarından bir mənbə bildirib: “ Zəngi alanda saat 11:43 idi. Nəfəs almırdı, huşsuz vəziyyətdə idi. Nəbzi vurmurdu və ürəyi atmırdı. EKQ (elektrokardioqram) asistol vəziyyətində idi. Xəstəxanaya aparılmadan polisə təhvil verildi”.

Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd olunur ki, onun ölüm səbəbi intihar ola bilər. Aktrisanın şirkəti daha sonra açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, 48 yaşlı Çon Mi Sun 1990-cı ildə kariyerasına başlayıb, bir çox məşhur serial və filmlərdə rol alıb.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi