"Kömür kralı" öldü



Amerikalı milyarder Kris Klayn Baham adalarında helikopter qəzasında ölüb.

Analoq.az xəbər verir ki, bu barədə "BNO Nyus” saytı məlumat yayıb.

Məlumata görə, Klaynla bərabər daha 7 nəfər həlak olub. Polis qəzada 4 qadın və 3 kişinin həyatını itirdiyini təsdiqləyib.

Qəzanın səbəbləri hələ də bilinmir. Hadisə ilə bağlı istintaq başlayıb.

Qəzanın helikopterin havaya qalxmasından az sonra baş verdiyi bildirilib. Polisin verdiyi açıqlamaya görə, amerikalı sərnişinləri Floridaya daşıyan vertolyot Qrand Key adasından qalxandan qısa müddət sonra radarlardan itib.

Qeyd edək ki, Klayn 1,8 milyard dollarlıq sərvətə sahib idi. "Kömür kralı" ləqəbi ilə tanınırdı.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi