5 DEKABRDA QƏRBİ AZƏRBAYCANLILARIN 1988-Cİ İL DEPORTASİYASININ ANIM GÜNÜ KEÇİRİLİB




Azərbaycan Qaçqınlar Cəmiyyətinin və
Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən Analoq. az-a verilən məlumata görə 5 dekabr 2019-cu il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının ANİM GÜNÜ tədbiri keçirilib.

Tədbirin açılışından sonra iştirakçılar 1988-ci il deportasiyası qurbanlarının, məzarı Qərbi Azərbaycanda qalan soydaşlarımızın və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli son iki yüzildə Azərbaycan xalqının məruz qaldığı deportasiya və soyqırımları, xüsusilə sonuncu – 1988-ci il deportasiyasının xronologiyası barədə geniş məruzə etmişdir.

Məruzə ətrafında Qərbi Azərbaycan İcmasının sədr müavinləri Mirfaiq Mirheydərli, Fəqan Bəhrəmov, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Əlil Qadınlar Cəmiyyəti Assosiasiyasının prezidenti Məhluqə Qaramanlı, Qərbi Azərbaycana Dönüş İctimai Birliyinin sədri Səməndər Mehdiyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Muxtar Oxçoğlu, Qaraçanta Birliyi Təşəbbüs Qrupunun üzvü İldırım Məmmədov, şair Binnət Əsgər, tədqiqatçı alim Nazir Əhmədli, şair-publisist Nəsibə İsrafilqızı və başqaları çıxış etmiş, 1988-ci il deportasiyası zamanı soydaşlarımızın məruz qaldığı tarixi faciənin mahiyyəti və həmin faciə zamanı şahidi olduqları hadisələrdən bəhs etmişlər.

Çıxış edənlər 5 dekabr gününün Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının ANİM GÜNÜ kimi rəsmiləşdirilməsinin və hər il bu günün Qərbi Azərbaycan uğrunda mübarizəyə çağırış günü kimi qeyd olunmasının vacibliyini bildirmişlər.

Natiqlər Qərbi Azərbaycan uğrunda mübarizəni Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab etdiklərini, bu mübarizənin Ulu Öndər Heydər Əliyevin deportasiya və soyqırımı haqqındakı tarixi fərmanlarından, cənab Prezident İlham Əliyevin Azərbaycanın işğal altındakı və tarixi torpaqları uğrunda mübarizəyə çağırış nitqlərindən qaynaqlandığını qeyd etmişlər.

Tədbirin gedişində Türkiyənin İzmir şəhərindən əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndindən olan tanınmış ictimai-siyasi xadim Murtaza Qaraçanta və həmkarı Camal bəy canlı yayımla tədbirə qoşulmuş, tədbir iştirakçıları ilə həmrəyliklərini bildirmiş, Qərbi Azərbaycan İcmasının rəhbərliyini dekabr ayının sonunda İzmirdə yaradılmış Azərbaycan Cəmiyyətinin açılış mərasiminə dəvət etmişlər.

Sonda tədbir iştirakçıları 5 dekabr gününün Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının Anım Günü olması ilə bağlı Bəyanat və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkədə aparılan kadr və struktur islahatlarına tam dəstək ifadə edən Müraciət qəbul etmişlər.

Analoq. az

5 DEKABRDA QƏRBİ AZƏRBAYCANLILARIN 1988-Cİ İL DEPORTASİYASININ ANIM GÜNÜ KEÇİRİLİB
5 DEKABRDA QƏRBİ AZƏRBAYCANLILARIN 1988-Cİ İL DEPORTASİYASININ ANIM GÜNÜ KEÇİRİLİB
5 DEKABRDA QƏRBİ AZƏRBAYCANLILARIN 1988-Cİ İL DEPORTASİYASININ ANIM GÜNÜ KEÇİRİLİBскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi