ƏSAS SƏHİFƏ Ölkə Zahid Oruc məktəbdə olan yeyintiyə görə prokurora müraciət etdi

Zahid Oruc məktəbdə olan yeyintiyə görə prokurora müraciət etdi

Zahid Oruc seçki kampaniyası çərçivəsində seçki qərargahının üzvləri və vəkilləri ilə Bərdənin məşhur kəndlərindən biri – 32-lərə gəlib.Axar.az xəbər verir ki, o, ilk növbədə 4 ildə görülən işlərdən bəhs edərək, hesabat verib. Millət vəkili hesabatında 32-lər – Xanqaraqoyunlu kənd orta məktəbinin təmirindən, kəndin mavi qazla təmin olunmasından danışıb. Bərdənin bu bölgəsinin suya olan böyük ehtiyacını qarşılamaq üçün iki ədəd artezian quyusunun qazılmasının və su ilə ərazinin təmin olunmasını nəzərə çatdırıb. Bütün göülən işlər görüşlərdə də əhali tərəfdən çox böyük rəğbətlə qarşılanıb.

Görüşdə Zahid Orucun vəkilləri illər ərzində nümayəndəsi olduqları şəxsin genişşaxəli fəaliyyətinə toxunublar. Parlamentdə xalqın iradəsini təmin etməsi, ictimai-siyasi məkanda hər zaman təşəbbüskarlığı ilə seçilməsi, seçicilərlə daim təmasları, hər zaman ünsiyyət körpüsünü qoruyub-saxlaması, mütəmadi olaraq bölgə ilə sıx əlaqədə olmasını çox müsbət hal kimi dəyərləndiriblər. Onun çalışmalarının insanlar tərəfindən həmişə isti qarşılandığı bildirlib. Həmçinin Bərdə təmsilçisinə dövlət rəhbəri tərəfindən yüksək qiymət verilərək onun mühüm bir tədqiqat mərkəzinə rəhbər təyin olunması da ayrıca vurğulanıb və bunu insanların, cəmiyyətin düşüncələrinin dövlətə çatdırılmasında Z.Orucun üzərinə qoyulan məsuliyyət kimi qiymətləndiriblər.

Görüşdə çoxlu təkliflər, təşəbbüslər səsləndirilib. Əsasən ziyalıların, müəllimlərin, kəndin nüfuzlu şəxslərinin iştirak etdiyi görüş kifayət qədər canlı, interaktiv, diskussiyalarla davam edib. Yüzdən artıq sakinin qatılığı görüşdə Hacıəhmədli, Vəliuşağı və Bayramlı sakinləri də iştirak ediblər.

Daha bir görüş “Kolayır” kəndində baş tutub. Görüşdən əvvəl millət vəkili Zahid Oruc evi qəzalı vəziyyətdə olan kənd sakini Nizami Əliyevin evinə baş çəkib və vəziyyətlə əyani olub, eyni zamanda evdə böyüyən fiziki məhdudiyyətli körpənin problemləri ilə maraqlanıb. Onun problemlərinin həlli ilə bağlı yerindəcə müvafiq qurumlarla əlaqə saxlayaraq, dəstək verilməsini həyata keçirib. Daha sonra əhali ilə görüşdə əksəriyyəti sosial müdafiə xarakterli olan problemlər və kənddə pay torpaqlarının qeydiyyatı ilə bağlı yaranan məsələlər qaldırılıb, Zahid Oruc müvafiq qurumlarla danışıqlar apararaq, bu problemlərin həllinə nail olub. Görüşdə Mollaməmmədli, Sərkarlar, Gülgızli və Mollaisalı kəndinin 120-dən artiq sakini iştirak edib.

Növbəti görüş Mustafaağalı kəndində keçirilib. Kəndin mavi qazla təmin olunması, elektrik enerjisinin verilməsində yaranan problemlərin həll edilməsi, nahamar yolun düzəldilərək, asfaltlaşdırılması və s. kimi həllini tapmış problemlər görüşdə ayrıca vurğulanıb. Görüşdə Arabaçılar kəndinin də sakinləri iştirak ediblər.

Zahid Oruc daha sonra Qaradırnaq kəndində su təminatı və millət vəkilinin təşəbbüsü ilə “Azərsu” tərəfindən çəkilən bulaqların durumu ilə tanış olmaq üçün əhalinin iştirakıyla əraziyə baş çəkib. Təkliflər nəzərə alınaraq həlli ilə bağlı real təminatlar verilib.

Görüş zamanı o da qeyd edilib ki, 2009-cu ildə tikilmiş məktəbin inşası zamanı icraçılar cinayətə yol verərək inşaat materiallarını mənimsəyiblər və nəticədə məktəb bu gün ciddi problemlərlə üzləşib. Z.Oruc məsələ ilə bağlı prokurorluq orqanlarlna müraciət ünvanlayıb. Eyni zamanda buranın qazla təminatının dövlət proqramından faydalanmaqla həlli üçün məsələ qaldırıb. Millət vəkili ilə görüşə Hacılar və Hüseynalılar kəndlərinin 100-dən artıq sakini də qatılıb.

Xanərəb kəndində də ziyalılarla görüşdə diskussiya davam edib, obyektiv fikirlər səslənib. Yeni məktəb tikintisi ilə bağlı dövlət qurumlarına müraciət qərarı verilib. Xanərəb kəndinin yollarının asfaltlanması ilə bağlı müvafiq tədbirlərin görüləcəyi da qərara alınıb. Çıxışlarda ölkədə başlanan islahatların kəndlərə, bölgələrə təsirindən danışılıb. O da qeyd edilib ki, başlanmış aşkarlıq siyasəti, dövlətin ləkəli məmurlardan təmizlənməsi, debat mühiti bölgələrə qədər gəlib-çatıb və Prezientin bu baxışlarına çox ciddi dəstək nümayiş etdirilir.

Bu görüşə isə Xanərəblə yanaşı, Əmirli və Şərifli sakinləri də qatılıblar.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu